Məhkəmə qərarları › İş №3(006)-3587/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3587/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3587/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə Şəxs İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-1741/22 saylı 16 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/018411 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasının “X3 Co Limited” şirkətindən 29B95910/29B96010 nömrəli nəqliyyat vasitəsinin üzərində olan EGSU9006747 nömrəli konteyner ilə gətirilən, xx.xx.2022-ci il tarixli 1*40HC saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində **********4183 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, **********4183 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 4650 ədəd markasız “Ütülər” adlı mal kimi qeyd edilən yükün 5150 ədəd “Steam İron” markalı ütülər olduğu aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların (500 ədəd ütü yükünün) qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/005405 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/5986 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, ÇXR-da istehsal olunmuş, üzərində “Steam İron” markalanma göstəricisi olan ütünün 1 ədədinin xx.xx.2022-ci il tarixə orta bazar topdansatış qiymətinin təxminən 20 manat, hüquqpozma predmeti olan 500 ədəd ütünün orta bazar qiymətinin isə 10000 (on min) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 500 ədəd “Steam İron” markalı ütü yükünün orta bazar qiyməti 10000 (on min) manat təşkil etmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC daşıma şirkətidir, malları adətən Çin Xalq Respublikasından idxal edirlər. Sonuncu dəfə Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “X3 Co Limited” şirkətindən 29B95910/29B96010 nömrəli nəqliyyat vasitəsinin üzərində olan EGSU9006747 nömrəli konteyner ilə gətirilən, 29.06.222-ci il tarixli 1*40HC saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük İdarəsində **********4183 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2022-ci il tarixdə “İpək Yolu" gömrük postunda onun və 2 nəfər hal şahidinin iştirakı ilə gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, **********4183 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində 4650 ədəd markası göstərilməyən “Ütülər” adlı yük kimi qeyd edilən yükün 5150 ədəd “Steam iron” markalı ütülər olduğu aşkar edilmiş və barədə protokol tərtib olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq olunmuşdur. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 500 ədəd “Steam İron” markalı ütü yükünün orta bazar qiyməti 10000 (on min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5986 nömrəli, 14 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ÇXR-da istehsal olunmuş, üzərində “Steam İron” markalanma göstəricisi olan ütünün xx.xx.2022-ci il tarixə 1 ədədinin orta bazar topdansatış qiyməti təxminən 20,00 manat, 5150 ədədinin qiyməti isə 103000,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokol, **********4183 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamasi, 9/5986 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi və digər iş materialları ilə təsdiq edilir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığından Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 482.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 10000 (on min) manatın 30 % (otuz faizi) həddində, yəni 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar