Məhkəmə qərarları › İş №3(006)-3589/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3589/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3589/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X6 iştirakı ilə, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon DYPŞ polis kapitanı X1 TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə, saat 09:30da Təbriz küçəsi ilə Ağa Neymətulla küçəsinin kəsişməsində “BMC Procity 12 M Avtobus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 40 (qırx) manat məbləğində cərimə edilməsi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Bildirmişdir ki, "xxxx" MMC-yə məxsus “BMC Procity 12 M Avtobus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində həmin avtobusla Təbriz küçəsində yolun sol zolağında hərəkət edərkən qarşıda olan piyada keçidindən piyadaların keçdiyini görüb dayanmış, piyadalar keçdikdən sonra sağa dönmə siqnalını qoşub sağa dönməyə başlamış, həmin yerdə olan iki hərəkət zolağı isə ağ düz xətlə nişanlanmışdır. O, Ağa Nemətulla küçəsi istiqamətində sağa doğru dönməyə başladıqdan sonra isə ondan arxada onunla eyni zolaqda hərəkətdə olan tünd göy rəngli “Opel” markalı, **-OT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi düz xətti tapdalayaraq onun sağ tərəfinə keçmiş, həmin vaxt isə onun sağında gümüşü rəngli “Mercedes” markalı avtomobil hərəkət etməkdə idi. Lakin “Mercedes” markalı avtomobil piyadalara yol vermək üçün avtomobili saxlayıb bir qədər sola doğru manevr etdiyi üçün “Opel” markalı, **-OT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayınmaq üçün sola doğru hərəkət edən zaman onun idarə etdiyi avtobusun arxa sağ hissəsi ilə toqquşdu. “Opel” markalı avtomobilin sürücüsü aşağı düşdükdən sonra hadisənin baş verməsinin səbəbkarının onun olduğunu, qəzanın onun səhvinə görə baş verdiyini bildirdi. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, hadisənin araşdırılması üçün Nərimanov rayon DYPŞ polis kapitanı X2 gəlmiş və müvafiq araşdırma apardıqdan sonra getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23:03 radələrində ona bildiriş gəlmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə prtokol tərtib edilmiş və o, 40 manat cərimə olunmuşdur. O, 03 gün sonra Nərimanov DYPŞ-yə gedərək görüntüləri polis əməkdaşına təqdim edərək hadisədə heç bir günahının olmadığını bu səbəbdən də barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmiş, polis əməkdaşları ona həmin protokolu əvvəlcə ləğv etməyəcəklərini demişlər. Bundan sonra, Emin adlı polis əməkdaşı isə protokolu ləğv etməyəcəklərini, lakin ödənişi özlərinin edəcəklərini bildirdi. O, isə bununla razılaşmayaraq protokoldan şikayət edəcəyini bildirmişdir. O, isə hara istəyirsən get şikayət elə dedi. Lakin qeyd olunan qərar qəbul edilərkən ona heç bir məlumat verilməmiş və iştirakı olmadan qəbul edilmişdir. Qərar onun tərəfindən xx.xx.2022-ci il tarixdə əldə edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində qeyd olunmuş qərardan şikayət etmə müddəti tərəfimdən ötürülməmişdir. Qeyd edilənlərdən görünür ki. Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Nərimanov rayon DYPŞ polis kapitanı Z.Ə.Nəbıyev kifayət qədər araşdırma aparmamış, zəruri sübutları əldə etmədən ehtimallara əsalanaraq və qanunun tələblərini düzgün qiymətləndirməyərək qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq Nərimanov rayon DYPŞ polis kapitanı Z.Ə.Nəbiyev tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.B.Qəmbərov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, mobil telefonuna qərar qəbul edilməsi ilə bağlı sms bildiriş gəldikdən sonra həmin qərardan məlumatlı olmuşdur. Qərarın surətini 10 gün sonra əldə etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nərimanov RPİ DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, Nərimanov RPİ DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə işə qərarından şikayət verilmiş Nərimanov RPİ DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, A.B.Qəmbərov Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, A.B.Qəmbərov xx.xx.2022-ci il tarixdə “BMC Procity 12 M Avtobus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ondan arxada onunla eyni zolaqda hərəkətdə olan tünd göy rəngli “Opel” markalı, **-OT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi düz xətti tapdalayaraq onun sağ tərəfinə keçmiş, həmin vaxt isə onun sağında gümüşü rəngli “Mercedes” markalı avtomobil hərəkət etməkdə olsa da piyadalara yol vermək üçün avtomobili saxlayıb bir qədər sola doğru manevr etdiyi üçün “Opel” markalı, **-OT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayınmaq üçün sola doğru hərəkət edən zaman onun idarə etdiyi avtobusun arxa sağ hissəsi ilə toqquşmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində A.B.Qəmbərovun idarə etdiyi “BMC Procity 12 M Avtobus” markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ DYPŞ tərəfindən aparılan araşdırma nəticəsində A.B.Qəmbərovun əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozması qənaətinə gəlinmiş, buna görə də, sonuncu barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, toqquşma “Opel” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ağa Nemətulla küçəsindən A.B.Qəmbərovun idarə etdiyi “BMC Procity 12 M Avtobus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxması nəticəsində baş vermişdir. Halbuki, hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Lakin, hazırki halda, “Opel” markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü “X8” Azərbaycan Respublikasının Qanunun tələbinə əməl edərək, dairəyə daxil olmamış, nəticədə A.B.Qəmbərovun idarə etdiyi “BMC Procity 12 M Avtobus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda A.B.Qəmbərovun əməlində inzibati xəta tərkibi yoxdur, ona görə də, onun şikayəti təmin edilməli, Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, “X8” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 5-ci bəndinə əsasən hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Bundan başqa məhkəmə hesab edir ki, A.B.Qəmbərovun barəsində Nərimanov RPİnin DYPŞ-nin əməkdaşı tərəfindən qəbul edimiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, A.B.Qəmbərovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar, hadisənin kimin təqsiri ucbatından baş verməsi tam araşdırılmamış, kamare görüntülərinə baxış keçirilməmiş və A.B.Qəmbərovun barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.B.Qəmbərovun əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində A.B.Qəmbərovun barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 şikayəti təmin olunsun. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar