Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-359/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X11, şikayətçi X2 nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “DƏMX BŞİ” adlanacaq) tərəfindən “X8 Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Baş Direktoru o, (bundan sonra “İşəgötürən" adlanacaq) barəsində 29.12.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra “Protokol" adlanacaq) tərtib olunmuşdur. Protokol əsasında DƏMX BŞİ tərəfindən İşəgötürən barəsində 10.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra “Qərar" adlanacaq) qəbul edilmiş, İşəgötürən barəsində inzibati tənbeh kimi 1000 (bir min) manat inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Qərarda vətəndaş X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildiyinin müəyyən edildiyi və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - “AR İXM” adlanacaq) 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. Bununla bağlı aşağıdakıları qeyd etmək zəruridir: AR İXM-nin 130.1-ci maddəsinə əsasən Qərarın surəti AR İXM-nin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qərar onlara rəsmi qaydada 17.01.2022-ci il tarixdə (poçt tərəfindən təqdim edilən zərfin surəti əlavə edilir) verilmişdir. Beləliklə də, qərardan şikayət vermək üçün müəyyən edilmiş on günlük müddət gözlənilmişdir. “X8 Ticaret Limited Şirketnin (bundan sonra “Təsisçi” adlanacaq) 19.12.2019-cu il tarixli qərarı ilə Qəzənfər Aloyev (bundan sonra “İşçi” adlanacaq) Təsisçinin Azərbaycan Respublikasındakı Filialının (bundan sonra “Filial” adlanacaq) baş direktoru vəzifəsinə təyin edilmişdir (qərarın surəti qoşmada əlavə edilir). Həmin qərar əsasında Filial tərəfindən işçinin baş direktor vəzifəsinə təyin edilməsi barədə 25.01.2020-ci il tarixli, 02/K №-li əmr verilmişdir (əmrin surəti qoşmada əlavə edilir). İşçinin əmək haqqı 500 (beş yüz) manat olaraq müəyyən edilmişdir. Lakin işçi həm də Filialın direktoru kimi işəgötürən funksiyalarını da icra etdiyindən öz vəzifəsindən sui-istifadə edərək 2020-ci ilin noyabr ayından öz əmək haqqısını öz işəgötürəninin (təsisçinin) razılığı olmadan qanunsuz şəkildə 1500 (bir min beş yüz) manata artırmışdır. Təsisçi bu barədə məlumat əldə etdikdən sonra, 14.04.2021-ci il tarixində işçinin Filialın baş direktoru vəzifəsindən azad edilməsi və onun həmin vəzifəyə təyin edilməsi barədə qərar qəbul etmişdir (qərarın surəti qoşmada əlavə edilir). Filial tərəfindən işçi - Qəzənfər Aloyevlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “AR ƏM” adlanacaq) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və işçinin işdən azad olunması barədə 29.04.2020-ci il tarixli, 19/K №-li əmr verilmiş (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 6GKXG160003X0 №-li əmək müqaviləsi bildirişi və həmin bildirişin qeydiyyata alınmasına dair müvafiq Məlumat əldə edilmişdir. Əmr, bildirişin surətləri əlavə edilir); və onun baş direktor vəzifəsinə təyin edilməsi barədə 29.04.2020-ci il tarixli, 20/K №-li əmr verilmişdir (əmrin surəti əlavə edilir). İşçi ezamiyyətdə olduğu halda onun əmək müqaviləsinə xitam verildiyindən, həmin ilin mart və aprel ayları üzrə əmək haqqı, o cümlədən ezamiyyət ödənişlərini əldə edə bilməməsindən 19.11.2021-ci il tarixdə DƏMX BŞP-yə şikayət edərək qeyd olunan halların araşdırılmasını və son haqq-hesab ödənişlərinin həyata keçirilməsini tələb etmişdir. Bu iş üzrə İşəgötürənin əməlində həmin inzibati xətanın obyektiv cəhətinin mövcudluğu İşəgötürənin işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verməsində ifadə olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18.01.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1 (bundan sonra “Qaydalar’ adlanacaq) İ fəslinin 1-ci maddəsinə əsasən “dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır Qaydaların İ fəslinin 2-ci maddəsinə əsasən "təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir". Həmçinin ezamiyyə əmrində ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 №-li Qərarına əsasən, ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq xərclər barədə təsdiqləyici sənədlər (mehmanxana, nəqliyyat xərcləri barədə təsdiqləyici sənədlər) təqdim edilməlidir. Hazırki işdə işçinin ezam olunması ilə bağlı əmr və digər müvafiq sənədlər nəinki mövcud deyildir, hətta Təsisçinin bu barədə heç bir məlumatı və mövqeyi olmamışdır. Buna görə də ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi məsələləri də müəyyən edilməmişdir, hansı ki, həmin dövrdə Filialın təmsilçilik hüququ Qəzənfər Aloyevin özündə idi. Hətta müvafiq əmr olsaydı və müvafiq məsələlər həmin əmrdə əksini tapmış olsaydı belə, yaxud bu əmrin olub - olmamasından asılı olmayaraq ezamiyyə xərclərinin ödənilməsi üçün təqdim olunmalı müvafiq təsdiqləyici sənədlər də mövcud deyildir. Qeyd edildiyi kimi, işçi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2020-ci ilin noyabr ayından qanunsuz olaraq öz əmək haqqısını artırmışdır. Lakin əmək haqqının artırılması ilə bağlı əmək müqaviləsinə heç bir dəyişiklik rəsmiləşdirilməmiş və bununla bağlı İşəgötürənin razılığı və iradə ifadəsi olmamışdır. Qeyd olunan məsələlərin araşdırılması ilə əlaqədar Qəzənfər Aloyevlə dəfələrlə əlaqə yaratmaq cəhdləri həticəsiz qalmışdır. Sonradan baş tutan telefon danışığı əsnasında 16 fevral 2021-ci il tarixdən bir həftəlik müddətə özünün şəxsi işləri ilə bağlı Türkiyə Respublikasına getdiyini bildirsə də, 13 aprel 2021-ci il tarixədək iş yerinə qayıtmamışdır. Hər dəfə telefon danışığında şəxsi işlərinin olduğunu və qayıdacağı tarixi bildirməyərək işə laqeyd və məsuliyyətsiz yanaşması ilə Filialın işini tanmamilə iflic vəziyyətə salmışdır. İşdə olmamasını üzrlü hesab etdirəcək heç bir sənəd və ya arayış təqdim etməmişdir. Buna görə də işdən azad olunması zərurəti qaçılma/ olmuşdur. Eyni zamanda X10 əmlakına da ziyan vurmuşdur, belə ki, özbaşına olaraq Filiala məxsus avadanlığı kənar şəxsə nağd formada satmış və bununla da Filialın əmlakını talan etmişdir. Qəzənfər Aloyevin qanunsuz əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət verilmişdir. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən 01.11.2021 -ci il tarixli cavab məktubuna (surəti əlavə edilir) əsasən şikayət ərizəsi və toplanmış materiallar Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Hazırda işə baxılmaqdadır. Göstərilənləri nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.Ə.Kərimovun nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, “X8 Ticaret Limited Şirketi”nin 19.12.2019-cu il tarixli qərarı ilə X7 Azərbaycan Respublikasındakı Filialının baş direktoru vəzifəsinə təyin edilmişdir . Həmin qərar əsasında Filial tərəfindən işçinin baş direktor vəzifəsinə təyin edilməsi barədə 25.01.2020-ci il tarixli, 02/K N2-1İ əmr verilmişdir. İşçinin əmək haqqı 500 (beş yüz) manat olaraq müəyyən edilmişdir. Q.Aloyevlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “AR ƏM” adlanacaq) 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi və işçinin işdən azad olunması barədə 29.04.2020-ci il tarixli, 19/K JN2-İİ əmr verilmişdir. Q.Aloyevlə onun razılığı ilə işçi ezamiyyətdə olduğu halda onun əmək müqaviləsinə xitam verildiyindən, həmin ilin mart və aprel ayları üzrə əmək haqqı, o cümlədən ezamiyyət ödənişlərini əldə edə bilməməsindən 19.11.2021-ci il tarixdə “DƏMX BŞİ”-yə şikayət etmişdir. Həmçinin bildirmişdir ki, göstərilənlərin heç bir hüquqi və qanuni əsası yoxdur. Belə ki, Q.Aloyev Filialın direktoru kimi işəgötürən funksiyalarını da icra etdiyindən öz vəzifəsindən sui-istifadə edərək 2020-ci ilin noyabr ayından öz əmək haqqısını öz işəgötürəninin (təsisçinin) razılığı olmadan qanunsuz şəkildə 1500 (bir min beş yüz) manata artırmışdır. Bunun nəticəsi kimi Təsisçi bu barədə məlumat əldə etdikdən sonra, 14.04.2021-ci il tarixində işçinin Filialın baş direktoru vəzifəsindən azad edilməsi barədə qərar qəbul etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 6GKXG160003X0 JN2-İİ əmək müqaviləsi bildirişi və həmin bildirişin qeydiyyata alınmasına dair müvafiq Məlumat əldə edilmişdir. Bundan başqa hazırki işdə işçinin ezam olunması ilə bağlı əmr və digər müvafiq sənədlər nəinki mövcud deyildir, hətta təsisçinin bu barədə heç bir məlumatı və mövqeyi olmamışdır. Buna görə də ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi məsələləri də müəyyən edilməmişdir, hansı ki, həmin dövrdə Filialın təmsilçilik hüququ Q.Aloyevin özündə idi. Hətta müvafiq əmr olsaydı və müvafiq məsələlər həmin əmrdə əksini tapmış olsaydı belə, yaxud bu əmrin olub- olmamasmdan asılı olmayaraq ezamiyyə xərclərinin ödənilməsi üçün təqdim olunmalı müvafiq təsdiqləyici sənədlər də mövcud deyildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18.01.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın (bundan sonra “Qaydalar” adlanacaq) İ fəslinin 1-ci maddəsinə əsasən “dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır”. Qaydaların İ fəslinin 2-ci maddəsinə əsasən “təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrh rəsmiləşdirilir”. Həmçinin ezamiyyə əmrində ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli Qərarına əsasən, ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq xərclər barədə təsdiqləyici sənədlər (mehmanxana, nəqliyyat xərcləri barədə təsdiqləyici Sənədlər) təqdim edilməlidir. Beləliklə, hətta ezamiyyə xərclərinin ödənilməməsi inzibati xəta hesab edilsəydi belə, işçiyə ezamiyyə xərclərinin ödənilməsi üçün əsas olmamışdır. Qeyd edildiyi kimi, işçi vəzifə səlahiyyətlərindən suiistifadə edərək, 2020-ci ilin noyabr ayından qanunsuz olaraq öz əmək haqqısını artırmışdır. Lakin əmək haqqının artırılması ilə bağlı əmək müqaviləsinə heç bir dəyişiklik rəsmiləşdirilməmiş və bununla bağlı İşəgötürənin razılığı və iradə ifadəsi olmamışdır. Beləliklə, işəgötürən tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Bundan başqa son haqq-hesabla bağlı məsələlərin araşdırılması ilə əlaqədar Q.Aloyevlə dəfələrlə əlaqə yaratmaq cəhdləri həticəsiz qalmışdır. Sonradan baş tutan telefon danışığı əsnasında 16 fevral 2021-ci il tarixdən bir həftəlik müddətə özünün şəxsi işləri ilə bağlı Türkiyə Respublikasına getdiyini bildirsə də, 13 aprel 2021-ci il tarixədək iş yerinə qayıtmamışdır. Hər dəfə telefon danışığında şəxsi işlərinin olduğunu və qayıdacağı tarixi bildirməyərək işə laqeyd və məsuliyyətsiz yanaşması ilə Filialın işini tanmamilə iflic vəziyyətə salmışdır. İşdə olmamasını üzrlü hesab etdirəcək heç bir sənəd və ya arayış təqdim etməmişdir. Buna görə də işdən azad olunması zərurəti qaçılmaz olmuşdur. Bundan başqa Q.Aloyev Filialın əmlakına da ziyan vurmuşdur, belə ki, özbaşına olaraq Filiala məxsus avadanlığı kənar şəxsə nağd formada satmış və bununla da Filialın əmlakını talan etmişdir. Q.Aloyevin qanunsuz əməllərindən Nərimanov RPİ-nə şikayət verilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən 01.11.2021-ci il tarixli cavab məktubuna əsasən şikayət ərizəsi və toplanmış materiallar Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Hazırda işə baxılmaqdadır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Vəkil məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Q.Aloyev işdən çıxdıqdan sonra yox, 07 ay sonra əmək müfəttişliyinə şikayət vermişdir. Sonuncuya əmək haqqısı ödənilmiş, o, 7 ay öz əmək məvacibi təsisçinin məlumatı olmadan 1.500 manata qaldırmışdır, halbuki, təsisçinin razılığı olmadan onun öz məvacibini qaldırmaq ixtiyarı yoxdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi A.B.Əliyev bildirmişdir ki, şikayət ərizəsi əsasında işə baxılır. İdarənin səlahiyyətində olan sahəyə qiymət vermişlər. 29.12.2021-ci il tarixdə protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş qərarla C.Ə.Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsir bilinərək barəsində 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. Belə ki, əmək müfəttişliyinə şikayət verən şəxs Q.Aloyevin ərizəsi alınmadan onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 172.4 və 83.2-ci maddələrinə əsasən işçi çıxarılarkən ona bütün ödənişlər olunmalı və ezamiyyət xərcləri ödənilməlidir. Lakin Q.Aloyevin işdən çıxarılarkən ona əmək haqqı ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, C.Ə.Kərimov tərəfidən vətəndaş Q.V.Aloyevin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmiş buna görə də C.Ə.Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının məktubundan görünür ki, Q.V.Aloyev 16 fevral 2021-ci il tarixdə bir həftəlik şəxsi işi ilə bağlı Türkiyə Respublikasına getmiş, lakin 13 aprel 2021-ci il tarixədək öz iş yerinə qayıtmamışdır. Hər dəfə telefon vasitəsi ilə şəxsi işinin olduğunu və dəqiq qayıdacağı tarixi bildirməyərək, işə laqeyid və məsuliyyətsiz yanaşması ilə, şirkətin işini tamamilə yararsız və iflic vəziyyətinə salmışdır. İşdə olmamasını üzrlü hesab etdirəcək hər hansı bir sənəd və ya arayış təqdim etməmişdir. Bundan əlavə işlədiyi müddət ərzində şirkətin adından bir sıra tibbi vəsaitlər almış, həmin vəsaitlər şirktin balansında olmasına baxmayaraq onun tərəfindən mənimsənilərək başqa şəxslərə satılması aşkar olunmuşdur. İş materiallarında olan 25 yanvar 2020-ci il tarixli, 02/k saylı əmrin surətindən görünür ki, Q.V.Aloyev “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialında baş direktor vəzifəsinə təyin edilmiş və ona əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan cədvəldən görünür ki, Q.V.Aloyevin əmək haqqısı işlədiyi günlərin sayına görə 20 noyabr 2020-ci il tarixdə 1.500 manat olmuşdur. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli, 02/k saylı əmrin surətindən görünür ki, Q.V.Aloyev “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının baş direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, C.Ə.Kərimov “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialın direktoru vəzifəsinə təyin edilmiş və həmin müqavilədə sonununcunun əmək haqqısı 600 manat qeyd edilmişdir. İş materiallarında olan “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının direktoru tərəfindən X5 ünvanlanmış 24 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, özüylə götürüb aparmış olduğu “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialına məxsus **********-E2 nömrəli portativ USM aparatını və ona məxsus 4 ədəd ötürücünün şirkətə təhvil verilməsi xahiş edilmişdir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, 2021-ci ilin mart ayının əvvəllərində “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialın direktoru C.Ə.Kərimov tərəfindən Q.V.Aloyev barəsində olan şikayət ərizəsi Nərimanov RPİ-nin 17-ci PŞ-yə verilmiş və şikayət ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Q.V.Aloyev 25 yanvar 2020-ci il tarixdə “MAYOMED SAĞLİK HİZMETLERİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialında direktor vəzifəsinə təyin edilmiş, o, şirkətin təsisçisinin heç bir məlumatı və ya razılığı olmadan öz əmək haqqısını artırmış, daha sonra 16 fevral 2021-ci il tarixdə bir həftəlik şəxsi işi ilə bağlı Türkiyə Respublikasına getmiş, lakin 13 aprel 2021-ci il tarixədək öz iş yerinə qayıtmamışdır. Daha sonra Q.V.Aloyevin şirkətə maddi ziyan vurması, şirkətə məxsus olan avadanlıqların satması müəyyən edilmiş, bundan sonra sonuncunun şirkətlə olan müqaviləsinə xitam verilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Q.V.Aloyevin ezam olunması ilə bağlı əmr və digər müvafiq sənədlər nəinki mövcud deyildir, hətta təsisçinin bu barədə heç bir məlumatı və mövqeyi olmamışdır. Buna görə də ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi məsələləri də müəyyən edilməmişdir, hansı ki, həmin dövrdə Filialın təmsilçilik hüququ Q.Aloyevin olmuşdur. Hətta müvafiq əmr olsaydı və müvafiq məsələlər həmin əmrdə əksini tapmış olsaydı belə, yaxud bu əmrin olub-olmamasmdan asılı olmayaraq ezamiyyə xərclərinin ödənilməsi üçün təqdim olunmalı müvafiq təsdiqləyici sənədlər də mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18.01.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın (bundan sonra “Qaydalar” adlanacaq) İ fəslinin 1-ci maddəsinə əsasən “dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır”. Qaydaların İ fəslinin 2-ci maddəsinə əsasən “təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmr rəsmiləşdirilir”. Həmçinin ezamiyyə əmrində ezamiyyənin məqsədi, müddəti və təyinat məntəqəsi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 №-li Qərarına əsasən, ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq xərclər barədə təsdiqləyici sənədlər (mehmanxana, nəqliyyat xərcləri barədə təsdiqləyici Sənədlər) təqdim edilməlidir. Beləliklə, hətta ezamiyyə xərclərinin ödənilməməsi inzibati xəta hesab edilsəydi belə, işçiyə ezamiyyə xərclərinin ödənilməsi üçün əsas olmamışdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, məhz əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntularına yol verilməsi inzibati xəta hesab olunur və ezamiyyə xərclərinin ödənilməməsi inzibati xəta hesab edilmir. Göründüyü kimi, Əmək Müffətişliyi tərəfindən düzgün araşdırılma aparılmamış və əsassız olaraq C.Ə.Kərimov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən də, Məhkəmə belə hesab edir ki, C.Ə.Kərimovun əməlində inzibati xəta hadisəsi olmamışdır. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və C.Ə.Kərimovun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi əmək şəraitinin şərtlərindən biri hesab edilir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə əsasən, əmək haqqı yalnız tərəflərin qarşılıqlı razılığı ilə, əmək müqaviləsinə dəyişiklik şəklində dəyişdirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş C.Ə.Kərimovun əməlində inzibati xəta hadisəsi yoxdur. Həmçinin C.Ə.Kərimovun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş C.Ə.Kərimova münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi C.Ə.Kərimovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-359/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-359/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver