Məhkəmə qərarları › İş №3(006)-3592/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3592/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3592/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20.10.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən «Çinar» adlı kafedə X6 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 20.10.2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 1 ünvanda yerləşən «Çinar» adlı kafeyə dostları ilə birlikdə ad gününü qeyd etmək məqsədilə getmişdir. Dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra kafenin həyətinə çıxmış və bu zaman orada dayanan bir nəfər şəxsin təhqiramiz ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin təhqiredici ifadələrin ona ünvanlandığını güman etdiyi üçün o da həmin şəxsi qarşılıqlı olaraq təhqir etmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış və dostları da həmin mübahisəyə qoşulmuşdur. Həmin vaxt qarışıqlıq olduğundan X7 və X8 zərbələr endirərək xəsarətlər yeirmişdir. İzahatının sonunda əmələindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 verdiyi izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən «Çinar» adlı kafeni icarə əsasında işlədir. 20.10.2021-ci il tarixdə, saat 20:00 radələrində sonradan tam olaraq tanıdığı Şəxs təxminən 10-15 nəfər tanışı ilə birlikdə onun işlətdiyi kafeyə gəlmişdir. Onlar kafedə spirtli içki qəbul etdikdən sonra onlara xidmət edən ofisiant xanım narkotik maddələrdən sitifadə edildiyini ona məlumat vermişdir. O, dərhal həmin şəxslərə yaxınlaşaraq narkotik vasitələrdən istifadənin qadağan olunduğunu bildirsə də, həmin şəxslər ona qulaq asmayaraq onun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla kifayətlənməyərək, onlar xüsusilə də, Şəxs ona yumruq və təpik zərbələri endirməyə başlamışdır. Həmin vaxt onun qohumu olan X11 onlara ayırmağa çalışsa da, sonuncuya da zərbələr endirərək xəsarətlər yetirmişlər. Daha sonra baş vermiş hadiə barədə o, polis şöbəsinə müraciət etmiş və müvafiq araşdırmalar aparılmışdır. İzahatının sonunda Şəxs şikayətçi olduğunu və sonuncu barəsində həbs növündə inzibati tənbeh cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə rəisi X4 izahatında bildirdi ki, 21 oktyabr 2021ci il tarixdə Cəbrayıl rayonu, Karuxlu kəndində qeydiyyatda olan X1 RPİ-nin 20-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 20.10.2021-ci il tarixdə onun icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən «Çinar» adlı kafedə ona xəsarətlər yetirilmişdir. Bundan sonra aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Şəxs ünvan 1 ünvanda yerləşən «Çinar» adlı kafedə 10-15 nəfər tanışı ilə birlikdə spirtli içki qəbul etdikdən sonra zərərçəkmiş şəxs X10 aralarında yaranmış mübahisə zamanı ona xəsarətlər yetirmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Mikayıl Bayramov tərəfindən 13 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərar Nəsimi RPİ-nin 20-ci PB-nə göndərilmiş və Şəxs barəsində tərəfindən 19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Mikayıl Bayramov tərəfindən qəbul edilmiş 13.11.2021-ci il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 13 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X5” X14 993 saylı ekspertiza rəyinə əsasən X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 noyabr 2021-ci il tarixdə, saat 20:22-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi və iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir.Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən, saat 20:22dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X9 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar