Məhkəmə qərarları › İş №3(006)-3594/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3594/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3594/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən “Böyük Fırat” restoranında Vəfadar Hacıyevi nalayiq ifadələr işlətməklə təhqir edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən “Böyük Fırat” restoranında Vəfadar Hacıyevi nalayiq ifadələr işlətməklə təhqir edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin rəhbəri Vəfadar adlı şəxslə 2024-cü ildə müqavilə bağlamış və ona 100.000 manat dəyərində beton quyu vermişdir. Dekabrdan bəri onun pulunu ödəməmiş, o da xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Vəfadara zəng edərək öz evinin yanında ona görüş təyin etmişdir. Vəfadar Hacıyev onun pulunu verəcəyinə dair dəfələrlə söz verməyinə baxmayaraq vermədiyi üçün sonuncudan sadəcə pulunu tələb etmiş, onu təhqir etməmiş, ona qarşı nalayiq ifadə işlətməmişdir. Həmçinin polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında bir nəfər şəxsin uca səslə söyüş söydüyünü görərək həmin şəxsə yaxınlaşmış və onu sakitçiliyə riayət etməyə dəvət etmiş, lakin həmin şəxs yenə də qışqırmağa və söyüş söyməyə davam etmişdir. Bu səbəbdən də onu polis şöbəsinə dəvət etmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin iki sahibindən biridir. "xxxx" MMC xx.xx.2024-cü il tarixində "xxxx" MMC ilə müqavilə bağlamış və tikinti materialları almağa başlamışdır. Rəsmi dövriyyədə alınan mallara görə qaimələr üzrə ödəmələr həyata keçirilmişdir. O, şirkət sahibi olaraq nə "xxxx" MMC-ni, nə də onun sahibi Şəxs tanıyır. Buna baxmayaraq Etibar deyilən şəxs rəsmi olaraq şirkət borcunu mülki borca çevirmək fikrinə düşmüş və dəfələrlə onu təhqir etmiş, ailəsinə zərər verməklə hədələmiş, şəxsiyyətini son dərəcə alçaldan nalayiq ifadələrlə onu hövsələdən çıxardaraq cinayətə sürükləməyə çalışmışdır. 05.06.025-ci il tarixində Şəxs ona zəng edərək görüş təyin etmiş və onlar Azadlıq prospektində yerləşən “Böyükfırat” restoranında görüşmüşlər. Görüş zamanı Şəxs yenə ictimai yerdə onu və ailəsini nalayiq ifadələrlə təhqir edərək səs-küy salmış və restoranda böyük bir narahatçılıq yaratmışdır. Sonra o, çölə çıxmış, Etibar adlı şəxs onu təhqir edərək arxasınca gəlmiş və o da ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşıb Etibar adlı şəxsin ona qarşı hərəkətlərini izah etmiş və ondan şikayətçi olduğunu bildirərək daha sonra 20-ci polis şöbəsinə rəsmi müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi “VS enerji” şirkətinin sahibi X3 yaşadığı evin yaxınlığında, iş əsnasında Nəsimi rayonu, Azadlıq prospektində olarkən işlədiyi şirkətlə müqavilə bağlayan Şəxs şirkətin sahibi Vəfadar Hacıyevə zəng edərək təcili görüşmək istədiyini bildirmişdir. O da Vəfadar Hacıyevlə birlikdə Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən “Böyükfırat” restoranında görüşmüşlər. Görüş əsnasında Şəxs ictimai yerdə yüksək səslə onun yanında Vəfadar Hacıyevi nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Vəfadar Hacıyev əsəbləşərək küçəyə çıxmış, bu zaman o, Şəxs sakitliyə riayət etməyə dəvət etmiş, lakin o, bu hərəkətlərini küçədə də davam etdirmişdir. Çölə çıxdıqda Vəfadar Hacıyev orada xidmət aparan polis əməkdaşlarından hadisə ilə bağlı kömək istəmişdir. Polis əməkdaşları başqa polis əməkdaşlarını köməyə çağıraraq Şəxs 20-ci polis şöbəsinə təmin etmişlər. İş materiallarında olan hadisənin videogörüntülərinin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskdə bir ədəd fayl vardır və faylda 30 saniyəlik videogörüntü mövcuddur. Videogörüntüyə baxdıqda ictimai yer hesab olunan restoranda masa arxasında 3 nəfər şəxsin söhbət etdiyi və anidən həmin şəxslərdən ağ rəngli qısa qol köynək geyinmiş şəxsin qarşısında əyləşən şəxslərə qarşı əl-qol atdığı, sonra ayağa qalxaraq əl-qol atmağa davam etdiyi və daha sonra restorandan çölə çıxdığı görünür. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Ağayev X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 iyun 2025-ci il tarixdən saat 18:05-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar