Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3595/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 3(006)-3595/2022 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) 26 iyul 2023-cü il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi 11 qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru C.Y.Əliyev tərəfindən 26 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 26 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-94/2014 saylı icra vərəqəsi, xx.xx.2021-ci il tarixli, 14 saylı icra qeydi və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-1043/2017 saylı icra vərəqəsi icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru C.Y.Əliyevin tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 80.000 ABŞ dolları və 20 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir.İcra sənədi üzrə icraata xx.xx.2014-cü il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. 14 saylı Notariat Kontorunun 15275 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20020 manat pul vəsaiti tutularaq, tələbkar N.Ə.Əliyevə ödənilməlidir. İcra qeydi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada barədə bildiriş cavabdehin ünvanına göndərilmiş, həmin bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. Eləcə də Nəsimi Rayon Məhkəməsinin 2(006)-1043/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2.140 (iki min yüz qırx) manat məbləğində pul və 200 (iki yüz) manat hüquqi xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2.340 (iki min üç yüz qırx) manat məbləğində pul alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Daha sonra icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)-165/2022 saylı qərardadına əsasən borclunun ölkədən hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. İcra sənədlərinin icrası ilə bağlı borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və sonuncun həmin ünvanda yaşamadığı müəyyən olunaraq akt tərtib edilmişdir. Bundan sonra Nəsimi rayon icra şöbəsinin icraatında olan xx.xx.2014-cü il tarixli, 2(006)-94/2014 saylı, Bakı şəhəri 14 saylı Notariat Konturunun 15275 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi və Bakı şəhəri 14 saylı Notariat Konturunun 3863 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə borclu Şəxs dair hissədə xx.xx.2023-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla borclu barəsində axtarış elan edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-226/2023 saylı qərardadı ilə Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə reyestrdə 8i-15275 № qeydə alınmış icra sənədi üzrə icraat borclu Şəxs axtarışı başa çatanadək dayandırılmışdır. Daha sonra borcluya məcburi icra barədə xəbərdarlıq edilmiş, borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2017-ci il tarixli qərar qəbul edilmiş, borclunun adına daşınar və daşınmaz əmlakın qeydə alınması ilə bağlı aidiyyəti qurumlara sorğu verilmiş, lakin heç bir əmlak aşkar edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Onun izahatı alınmış, izahatında xx.xx.2023-cü il tarixinədək borclarını tam olaraq ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru böyük icra məmuru C.Y.Əliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu axtarışla icra şöbəsinə gətirilmişdir, tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədlərindən məlumatı var. Hal-hazırda borcunu tam ödəməyə imkanı yoxdur. İcra sənədi üzrə 400 manat ödəniş etmiş, digər icra sənədləri üzrə məhkəmədə iddia qaldırmışdır. Həmçinin bildirmişdir ki, icra məmurunun çağırışlarında qəsdən yayınmamış, sadəcə əlaqə nömrəsini yeniləmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ona hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 94/2014 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 80.000 ABŞ dolları və 20 manat məbləğində pul tutularaq iddiaçı N.Ə.Əliyevə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-94/2014 saylı icra vərəqəsi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli tələbin könüllü icra edilməsi bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun 15275 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20020 manat pul vəsaiti tutularaq, tələbkar N.Ə.Əliyevə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 15275 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-cü il tarixli tələbin könüllü icra edilməsi bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş və sonuncu həmin bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 1043/2017 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 2.140 (iki min yüz qırx) manat məbləğində pul və 200 (iki yüz) manat hüquqi xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2.340 (iki min üç yüz qırx) manat məbləğində pul alınaraq iddiaçı B.F.Şükürova verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-1043/2017 saylı icra vərəqəsi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)- 165/2022 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nəsimi rayon icra şöbəsinin icraatında olan xx.xx.2014-cü il tarixli, 2(006)-94/2014 saylı, Bakı şəhəri 14 saylı Notariat Konturunun 15275 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi və Bakı şəhəri 14 saylı Notariat Konturunun 3863 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə borclu Şəxs dair hissədə ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 226/2023 saylı qərardadı ilə Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə reyestrdə 8i-15275 № qeydə alınmış icra sənədi üzrə icraat borclu Şəxs axtarışı başa çatanadək dayandırılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 94/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 80.000 ABŞ dolları və 20 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir.İcra sənədi üzrə icraata xx.xx.2014cü il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. 14 saylı Notariat Kontorunun 15275 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 20020 manat pul vəsaiti tutularaq, tələbkar N.Ə.Əliyevə ödənilməlidir. İcra qeydi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada barədə bildiriş cavabdehin ünvanına göndərilmiş, həmin bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. Eləcə də Nəsimi Rayon Məhkəməsinin 2(006)-1043/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2.140 (iki min yüz qırx) manat məbləğində pul və 200 (iki yüz) manat hüquqi xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2.340 (iki min üç yüz qırx) manat məbləğində pul alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Daha sonra icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(006)-165/2022 saylı qərardadına əsasən borclunun ölkədən hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmışdır. İcra sənədlərinin icrası ilə bağlı borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və sonuncun həmin ünvanda yaşamadığı müəyyən olunaraq akt tərtib edilmişdir. Bundan sonra Nəsimi rayon icra şöbəsinin icraatında olan xx.xx.2014-cü il tarixli, 2(006)-94/2014 saylı, Bakı şəhəri 14 saylı Notariat Konturunun 15275 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi və Bakı şəhəri 14 saylı Notariat Konturunun 3863 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə borclu Şəxs dair hissədə xx.xx.2023-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla borclu barəsində axtarış elan edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-226/2023 saylı qərardadı ilə Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə reyestrdə 8i-15275 № qeydə alınmış icra sənədi üzrə icraat borclu Şəxs axtarışı başa çatanadək dayandırılmışdır. Daha sonra borcluya məcburi icra barədə xəbərdarlıq edilmiş, borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2017-ci il tarixli qərar qəbul edilmiş, borclunun adına daşınar və daşınmaz əmlakın qeydə alınması ilə bağlı aidiyyəti qurumlara sorğu verilmiş, lakin heç bir əmlak aşkar edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra sənədini tam şəkildə icra etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının və icra qeydərinin icrası ilə bağlı borclu Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra vərəqələrinin və qeydlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirməməsi kimi qiymətləndirmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3595/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3595/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver