Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-360/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 məhəllə 392, VÖEN: 140343841) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179A saylı ünvanda yerləşən obyektində xx xxxxxxxx 2020-ci il tarixdə, saat 14:50 radələrində karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblər pozulmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC-nin mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179A saylı ünvanda yerləşən qeyri-yaşayış kompleksi var. Orada həm ofislər, həm də ticarət sahələri var və onlar müxtəlif şəxslərə müqavilə üzrə icarəyə verilib. Covid-19 virusu ilə əlaqədar bəzi müəssisələrin fəaliyyəti dayandırıldığı üçün qarşılıqlı razılaşma əsasında MMC bütün icarəçilərlə bağlanılmış müqavilələrə xx.xx.2020-ci il tarixdən əlavələr olunmuş və icarəçilər pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əməl edilməsinə cavabdehliyi öz üzərinə götürmüşlər. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş tədbirlər zamanı Şəxs MMC-yə aid kompleksdə ticarət fəaliyyəti göstərən, “Megahand” geyim mağazaları şəbəkəsini və “Akvarium Mərkəzi”ni işlədən iki sahibkar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib edilmişdir. Lakin buna baxmayaraq bu şəxslərin hərəkətləri ilə bağlı MMC barəsində də həmin maddə üzrə protokol tərtib olunmuşdur. Hesab edir ki, MMC barəsində belə protokolun tərtib olunması yuxarıda qeyd olunan əsaslara görə yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinə bildiriş göndərilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xəta aşkar olunduğu zaman 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən 2020-ci il 30 sentyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması; ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi; 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi; çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinin qadağan edilməsi və sair məhdudiyyətlər tətbiq edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinə görə bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Göründüyü kimi, 2020-ci il 30 sentyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı şəhərində ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının mövcud olmasına baxmayaraq, Şəxs MMC tərəfindən ona məxsus, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179A saylı ünvanda yerləşən qeyri-yaşayış kompleksində digər şəxslərə başqa sahədə ticarət fəaliyyəti ilə məşğul olmasına şərait yaradılmış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdurAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, lakin hazırda həmin tarixdən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-360/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-360/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver