Məhkəmə qərarları › İş №3(006)-3600/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3600/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3600/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSCnin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 30 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" QSC 4265960.00 Avro məbləğində vəsaiti 15 mart 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3281864.63 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSCnin nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* saylı protokolu üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" QSC (ADY) barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, protokol tamamilə əsassızdır, prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Belə ki, Mərkəzi Bank protokolda qeyd edir ki, ADY tərəfindən 4265960.00 Avro məbləğində vəsait bank vasitəsilə 15 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 3281864.63 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 16 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. X5 heç bir araşdırma aparmadan protokol tərtib etmişdir. Həqiqətən xx.xx.2022-ci il tarixdə ADY ilə “Alstom Qazaxıstan” MMT-nin arasında 25KV cərəyanla işləyən lokomotivlər üçün ehtiyat hissələri inventarlarının yaradılması (satın alınması) üzrə AFD/GD/DC1/2019 nömrəli Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən ADY 9 479 911,00 (doqquz milyon dörd yüz yetmiş doqquz min doqquz yüz on bir) Avro məbləğinin “Alstom Qazaxıstan” MMT-nin hesabına ödənilməsini, “Alstom Qazaxıstan” MMT isə ehtiyat hissələrini ən geci 151 həftəyə təhvil verilməsini öhdələrinə götürmüşdür. ADY üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Yaranmış istehsalat zərurəti ilə əlaqədar “Alstom Qazaxıstan” MMT ilə ADY arasında xx.xx.2024-cü ildə 1 saylı Əlavə Razılaşma bağlanılmışdır. Əlavəyə əsasən lokomotivlərin əsas ehtiyat hissələrinin təchizatının müddəti dəyişmiş və müqavilə üzrə sonuncu çatdırılma müddəti 2025-ci ilin iyul ayı qeyd olunmuşdur. X5 nədənsə bunları nəzərə almamışdır. Həmçinin qeyd olunmalıdır ki, Mərkəzi Bank 3281864.63 Avro məbləğini da səhv qeyd etmişdir. Belə ki, əlavə olunmuş gömrük bəyannamələrə əsasən “Alstom Qazaxıstan” MMT tərəfindən 9 479 911,00 (doqquz milyon dörd yüz yetmiş doqquz min doqquz yüz on bir) Avro məbləğdən 6.628 252, 89 (altı milyon altı yüz iyirmi səkkiz min iki yüz əlli iki Avro səksən doqquz sent) Avro məbləğində ehtiyat hissələri ADY təhvil verilmişdir. 2 851 658, 11 (iki milyon səkkiz yüz əlli bir min altı yüz əlli səkkiz Avro 11 sent) Avro isə müqavilənin müddəti bitmədiyi üçün təhvil verilməmişdir. Əlavə qeyd etmək lazımdır ki, Mərkəzi Bank BNP Paribas Bank tərəfindən verilmiş 7 583 930 Avro və 1.421 987 Avro məbləğində zəmanətlərə də diqqət yetirməmişdir. Qeyd olunan normaya diqqət yetirildikdə aydın olur ki, idxal dəmiryol nəqliyyat vasitələri ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildə çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində Mərkəzi Banka sənədlər təqdim edilir. “Alstom Qazaxıstan” MMT ilə ADY arasında imzalanmış xx.xx.2024-cü tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən müqavilənin təchizat müddəti iyul 2025-ci tarixinə kimi qeyd olunur. Yəni qanunvericiliyin tələbinə əsasən ADY-nin 01 noyabr 2025-ci ilə kimi müddəti var və hazırda inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib edilməli idi. Təəssüf ki, qanunun bu vacib tələbi təmin olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çoxsaylı hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanları əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının protokolu üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 təqdim edilmiş etiraz ərizəsinə uyğun çıxış edərək EP seriyalı ******* nömrəli, 30 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda "xxxx" QSC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - 15 mart 2023-cü il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15 mart 2023-cü il tarixdə “ALSTOM KAZAKHSTAN” LLP şirkətinin hesabına 4265960.00 Avro məbləğində pul vəsaiti göndərilmişdir; - xx.xx.2022-ci il tarixli **********8289 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixdə 6848,50 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********8093 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 14862,77 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********8073 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 209213,45 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********1442 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 611747,08 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********1298 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 805596,39 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********9954 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 484872,19 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********6757 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 173979,32 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********8835 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə 2319391,40 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********1036 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə 410569,36 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2024-cü il tarixli **********3928 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə 597293,95 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2025-ci il tarixli **********2049 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2025-ci il tarixdə 358841,48 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2025-ci il tarixli **********7557 saylı gömrük bəyannaməsindən görünür ki, “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-yə xx.xx.2025-ci il tarixdə 423358,00 Avro məbləğində mal idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş gömrük bəyannamələrindən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə “ALSTOM KAZAKHSTAN” LLP şirkəti tərəfindən "xxxx" QSC-nin ünvanına ümumilikdə 6416573,89 Avro məbləğində mal idxal edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3281864.63 Avro məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuşdur. Bununla da, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi təqdim edilmiş mötəbər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar