Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3607/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Nümayəndə1 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küçəsi, ev 10, mənzil 131; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(003)-1731/2024 saylı qərardadı ilə iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokola görə xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən müəssisə tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqi, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 GROUP MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. İş materiallarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bu məsələ ilə bağlı MMC-yə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilməsi qeyd olunsa da, bununla bağlı cəmiyyətə heç bir sənəd daxil olmamışdır. Hətta, bu sənədin yenidən təqdim edilməsi üçün həmin idarəyə müraciət olunsa da, buna nail oluna bilinməmişdir. Bununla belə, “X3 GROUPMMC bütün statistik məlumatları vaxtı-vaxtında aidiyyəti üzrə vermiş, ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət edilməsinin təmin olunması məqsədilə müvafiq şirkətlərlə də müqavilələr bağlamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinə məlumatın verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmiş, iclasın təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 02 avqust 2024-cü il tarixli, 86576 nömrəli aktda qeyd olunur ki, idarənin müvafiq sərəncamına əsasən Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin İ hissəsinin (hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludur) tələblərinin, həmçinin həmin Qanunun 24-cü maddəsinin (ətraf mühitin çirkləndirilməsinə, tullantıların yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə ödənişlər), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2022-ci tarixli, 308 saylı Qərarı ilə təsdiq edilmiş yeni ödəniş normativləri əsasında ödənişlərin Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödənilməsi tələblərinin yerinə yetirilməsi ilə bağlı araşdırma aparılmışdır. Qeyd olunanlarla bağlı Şəxs MMC-nin ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçotu və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (hava, su, təsərrüfat və təhlükəli tullantılar) illik statistik hesabatların tələblərə uyğun tərtib edilərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, 3-14-2612-1676/2023 nömrəli xəbərdarlıq məktubunun ünvanlanmasına baxmayaraq, məsələyə münasibət bildirilməmişdir. Eyni zamanda müəssisəyə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzbati araşdırmada iştirak edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, Ç-BM/2624-481 nömrəli dəvət məktubu müəssisəyə təqdim edilmişdir. Adıçəkilən müəssisənin nümayəndəsi Namiq adlı şəxs araşdırmada iştirak etsə də, hesabatların təqdim edilməsindən məlumatsız olduğunu bildirmişdir; • 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, Ç-BM/2624-481 nömrəli məktuba əsasən ətraf mühitin mühafizəsi haqqında mövcud qanunvericiliyin tələblərinə əsasən müəssisələr ətraf mühitin monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmalı və müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabatı ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına onlarla razılaşdırılmış müddətlərdə təqdim etməlidirlər. Qeyd olunanlarla bağlı Şəxs MMC-nin rəhbərliyinə ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçotu və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2-TG (hava, su, təsərrüfat və təhlükəli tullantılar) illki statistik hesabatların tələblərə uyğun tərtib edilərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməsi ilə əlaqədar xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq münasibət bildirilməmişdir. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılacaq inzbati araşdırma ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 11:00-da İdarəyə gəlmək və ya səlahiyyətli nümayəndəni göndərmək xahiş olunmuşdur; • Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış “Tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti” haqqında 01 iyun 2023-cü il tarixli, ECO-WMS-AZP-0396 saylı müqaviləyə əsasən "xxxx" MMC bu müqavilənin şərtlərinə əsasən Şəxs MMC-yə tullantıların yığılması, atılması və zərərsizləşdirilməsi, eləcə də təkrar emalı və müqaviləyə əlavədə qeyd olunmuş digər xidmətləri göstərməyi, Şəxs MMC isə görülmüş işləri qəbul edib onların qiymətini müqaviləyə əlavə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür; • Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış “Xidmətlərin göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli, EP-31-24 saylı müqaviləyə əsasən X3 Group MMC müəssisənin fəaliyyəti ilə əlaqədar tələb olunan ekoloji sənədlərin hazırlanması və müvafiq dövlət qurumu ilə razılaşdırılması xidmətlərinin göstərilməsini "xxxx" MMC-yə sifariş verməyi və razılaşdırılmış xidmət haqqını ödəməyi, "xxxx" MMC isə X3 GroupMMC-nin müəyyən etdiyi qaydalarla razılaşdırılmış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə məsuliyyət nəzərdə tutur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Lakin, iş materiallarında olan sənədlərdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə bu barədə müvafiq müraciətin olunması göstərilsə də, həmin məktubun bu quruma çatdırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, aydın olur ki, şirkət tərəfindən müəssisənin fəaliyyəti ilə əlaqədar tələb olunan ekoloji sənədlərin hazırlanması və müvafiq dövlət qurumu ilə razılaşdırılması xidmətlərinin göstərilməsi, habelə tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı aidiyyəti təşilatlarla müqavilələr imzalanmışdır. Bununla da hüquqi şəxs Şəxs MMC-nin təqsirliyinə dair mötəbər sübutlar toplanılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3607/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3607/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver