Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3609/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 oktyabr 2021-ci il tarixli, 00100-2054/21 (EP № 0003420) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 1 ədəd “Roof Runner” markalı qatlama maşını və 1 ədəd “Butler Manufacturing” markalı kəlbətin yüklərinin öhdəlik müddətinin başa çatdığı, lakin şirkət tərəfindən yüklərin geriyə qaytarılmasının və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o nümayəndəsi olduğu Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal edilmiş 1 ədəd “Roof Runner” markalı qatlama maşını və 1 ədəd “Butler Manufacturing” markalı kəlbətin yüklərinin **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 15.09.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, sözügedən yüklərin Suraxanı rayonu ərazisində tikilməsi nəzərdə tutulan “konstruksiyadan ərzaq mağazasının” tikintisində istifadə üçün Azərbaycan Respublikasına müvəqqəti idxal edildiyini, ilkin mərhələdə tikintinin qısa vaxtda yekunlaşması və müvəqqəti idxal edilən malların 15.09.2021-ci il tarixədək geriyə qaytarılmasının planlaşdırıldığını, lakin müəyyən səbəblərdən tikinti işlərində gecikmə yarandığına görə müvəqqəti idxal edilmiş yükləri geriyə qaytara bilmədiklərini, həmçinin müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı gömrük orqanına müraciət etməyi unutduqlarını, nəticədə gömrük qaydalarının pozulduğunu, 07.10.2021-ci il tarixdə **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş malların müvəqqəti idxal müddətinin 15.03.2022-ci il tarixədək uzadılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət etdiklərini, işlər yekunlaşdıqdan sonra sözügedən yüklərin Rusiya Federsiyasına geriyə qaytarılacağını bildirmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 15.09.2021-ci il tarixdə başa çatdığı sözügedən malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı MMC tərəfindən 07.10.2021-ci il tarixdə, 24/24/026235 daxili nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunduğu, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmənin elektron sisteminin çıxarışından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2lavə edilmiş 24 noyabr 2021-ci il tarixli, 3(006)-3609/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3kəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (25 noyabr 2021-ci il tarixli reyestrin 03 sıra nömrəsi ilə). Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli, 00100-2054/21 (EP № 0003420) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/025486 nömrəli, 30.09.2021-ci il tarixli raporta əsasən Şəxs MMC **********3512 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda idxal olunmuş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq şirkət malları geri qaytarmamış və ya digər gömrük proseduruna keçirilməsini təmin etməmişdir. İş materiallarında olan 10 iyul 2021-ci il tarixli, **********3512 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, malların geri qaytarılma müddəti 15.09.2021-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 1 ədəd “Roof Runner” markalı qatlama maşını və 1 ədəd “Butler Manufacturing” markalı kəlbətin yüklərinin öhdəlik müddətinin başa çatdığı, lakin şirkət tərəfindən yüklərin geriyə qaytarılmasının və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsinin təmin edilmədiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o nümayəndəsi olduğu Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal edilmiş 1 ədəd “Roof Runner” markalı qatlama maşını və 1 ədəd “Butler Manufacturing” markalı kəlbətin yüklərinin **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 15.09.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, sözügedən yüklərin Suraxanı rayonu ərazisində tikilməsi nəzərdə tutulan “konstruksiyadan ərzaq mağazasının” tikintisində istifadə üçün Azərbaycan Respublikasına müvəqqəti idxal edildiyini, ilkin mərhələdə tikintinin qısa vaxtda yekunlaşması və müvəqqəti idxal edilən malların 15.09.2021-ci il tarixədək geriyə qaytarılmasının planlaşdırıldığını, lakin müəyyən səbəblərdən tikinti işlərində gecikmə yarandığına görə müvəqqəti idxal edilmiş yükləri geriyə qaytara bilmədiklərini, həmçinin müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı gömrük orqanına müraciət etməyi unutduqlarını, nəticədə gömrük qaydalarının pozulduğunu, 07.10.2021-ci il tarixdə **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal edilmiş malların müvəqqəti idxal müddətinin 15.03.2022-ci il tarixədək uzadılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət etdiklərini, işlər yekunlaşdıqdan sonra sözügedən yüklərin Rusiya Federsiyasına geriyə qaytarılacağını bildirmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********3512 sorğu nömrəli 10.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 15.09.2021-ci il tarixdə başa çatdığı sözügedən malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı MMC tərəfindən 07.10.2021-ci il tarixdə, 24/24/026235 daxili nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunduğu, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3609/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3609/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver