Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-361/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı şəhəri Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətini baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətdə göstərilir ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 15:08 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində idarə etdiyi avtomobili ilə hərəkətdə olarkən Bakı şəhəri Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin Yol patrul xidməti inspektoru X3 tərəfindən saxlanılmış və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş protokol əsasında 200 çmanat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından aydın olur ki, şikayət verən şəxsin yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16, mənzil 38 olsa da, inzibati xəta Bakı şəhəri Sabunçu Rayon ərazisində törədilmiş, işdə isə vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Buna baxmayaraq şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. . Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-361/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-361/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver