Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3611/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmadağa oğlunun iştirakları ilə, 13 iyul 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Əhmadağa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əhmadağa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə 10 noyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 28 sentyabr 2021-ci il tarixdə, saat 20:25-də özünə məxsus idarə etdiyi Ford Explorer” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ak.Həsən Əliyev küçəsində hərəkət olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, manevr təhlükəsizliyini təmin edə bilməyərək hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə gədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən piyada gismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 28 sentyabr 2021-ci il tarixdə, saat 20:25də ozünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Explorer” minik markalı, **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi ilə üzü Tbilisi pr. istiqamətində hərəkət etmişdir. Həmin vaxt hava qaranlıq və yağışlı olmuşdur. “AZƏR TÜRK” Bankın qarşısından keçərkən qəfildən yolun sol tərəfindən sağ tərəfinə yolu keçmək istəyən bir nəfər cavan oğlan avtomaşının qarşısına çıxmış və onu vurmamaq üçün maşını sol istiqamətə çəkərək yayınmaq istəsə də, piyada özünü itirmiş və məsafə az olduğundan ehtiyatsızlıq nəticəsində avtomobilin ön hissəsi ilə onu vurmuşdur. Həmin şəxs avtomaşının alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır.O dərhal avtomaşını saxlayaraq həmin şəxsə yaxınlaşıb köməkliyinii edərək onu avtomobilə mindirib müayinə olunmasından ötrü Semaşka xəstəxanasına çatdırmışdır. Xəstəxanada ilkin tibbi yardım edilərək bütün müayinələrdən keçirilmişdir. Daha sonra isə onun ciddi xəsarəti olmadığı üçün evə buraxılmışdır. O hadisə barədə xəsarət alan Zərərçəkmiş şəxs valideynlərinə və 102 xidmətinə də məlumat vermişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt o avtomaşını təxminən 40-50 km saat sürəti ilə idarə edirmiş, yol qaranlıq və hava yağışlı olduğundan piyadanı yalnız avtomaşının qarşısına keçdikdə gördüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Hadisədən sonra o Zərərçəkmiş şəxs bütün müayinə və müalicə xərclərini ödəmişdir. Zərərçəkmiş şəxs və valideynlərinin ona qarşı şikayətləri yoxdur. Göstərilənləri, həmçinin özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasının, ailəli olmaqla himayəsində iki övladının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və Zərərçəkmiş şəxs qanuni nümayəndəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-nin vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsinin 12 oktyabr 2021-ci il tarixli, 947 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs 28.09.2021-ci il tarixdə 1 saylı X2 müraciət edərkən aşkar edilmiş xəsarətlər-burunun, üst dodağın hər iki səthinin, sol diz oynağının, sol saidin orta 1/3-nin əzilmiş-cırılmış yaraları; burun sümüyünün yerdəyişməmiş sınığı; bədənin çoxsaylı sıyrılmış yaraları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli, 2/28006 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 28 sentyabr 2021-ci il tarixdə, saat 20:25-də ozünə məxsus idarə etdiyi Ford Explorer” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ak.Həsən Əliyev küçəsində hərəkət olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin l-ci hissəsinin tələbini pozaraq, manevr təhlükəsizliyini təmin edə bilməyərək hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə gədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən piyada gismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol vəmeteorolojişərati, xüsusən hərəkət istiqamətindəgörməşəraitini nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuşsürət məhdudiyyətindənçox olmaya sürətlə sürməlidir.Sürücühərəkətüçün təhlükəyarandığınıgördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaqüçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görəinzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları,törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini,əmlak vəziyyətini, yeganə qazanc yerinin sürücülük fəaliyyəti olmasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əhmadağa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3611/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3611/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver