Məhkəmə qərarları › İş №3(006)-3615/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3615/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3615/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 may 2025-ci il tarixi qərara əsasən ona AR İXM- nin 210.1-ci maddəsi tətbiq edilmişdir. Qeyd edir ki, qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, o, “Rəhimə reabilitasiya markəzində" 2023-cü il tarixdən sonra və əvvəl ümumiyyətlə işləməmiş, əməkdaşı olmamış, mərkəzlə heç bir əlaqəsi olmamışdır. Səhiyyə Nazirliyi tərəfindən ona ünvanlanmış 19 may 2015-ci il tarixli teleqram poçt tərəfindən ona yalnız 29 may 2025-ci il tarixdə saat 16:20-də verildiyindən 29 may 2025-ci il tarixə, saat 15:30-a təyin olunmuş bu işə baxılmasında iştirak edə bilməmişdir. Lakin 30 mayda etibarnamə üzrə nümayəndəsi (qızı) X1 Nazirliyinə gələrək hüquq şöbəsinin müdiri Elçin Qədirovla görüşmək istəsə də, Elçin Qədirov görüşmək istəməmiş, görüşdən imtina etmiş, özbaşınalıq edərək onun iştirakı olmadan, təqdim olunacaq sənədlərlə tanış olmadan qanunsuz, ədalətsiz qərar qəbul edilmişdir. Nəzərə çatdırır ki, 2023-cü ildə qızı Nümayəndə1 ünvan 1 ünvanda yerləşən mülk sahibi X12 ilə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlamışdır. Lakin mülk sahibi ilə icarə haqqı ilə əlaqədar yaranmış mübahisə, nəticəsində "X11" fəaliyyət göstərə bilməmiş, fəaliyyətini dayandırmışdır. Fəaliyyət göstərmək istədiyi əsas fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növü deyildir. Belə ki, fiziki və ya əqli çatışmazlığı olan, uşaqlara müəyyən edilmiş vaxtlarda qulluq, xidmət göstərilməsi (bağçalar) üçün (8891001) lisenziya tələb olunmur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3615/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2443/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 3(006)- 3615/2025 nömrəli qərarı ləğv edilmiş və X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq AR İXM- nin 38.1-ci maddəsinə əsasən inzibati xəta törədildiyi gündən və ya onun aşkar edildiyi gündən 4 ay müddət keçdikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu qeyd etmiş və qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Binəqədi Rayon Prokurorluğunun 08 may 2025-ci il tarixli qərarına əsasən X2 2023-cü il tarixdən “Rəhimə” Reabilitasiya Mərkəzində lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi aşkar edilmiş, bu səbəbdən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X3 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək oğlu X8 ünvan 3 ünvanında yerləşən “X6”ndə (“X11”) ayaq sümüyündə sınıq əmələ gəlməsi bağlı şikayət etmişdir. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və nəticədə “X11”ndə lisenziya olmadan özəl tibbi fəaliyyət göstərilməsi aşkar edilmişdir. Bu səbəbdən vəzifəli şəxs X5 barəsində AR İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 AR İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsidir. Özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” Siyahısının 2.14-cü bəndinə əsasən “fizioterapiya” və “fizioterapevtik” özəl tibb fəaliyyəti lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısına daxildir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaq inzibati məsuliyyət yaradır. Şikayətçi öz şikayətində fəaliyyət göstərmək istədiyi əsas fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növü olmadığını qeyd edərək fiziki və ya əqli çatışmazlığı olan, uşaqlara müəyyən edilmiş vaxtlarda qulluq, xidmət göstərilməsi (bağçalar) üçün lisenziya tələb olunmadığını bildirmişdir. Lakin inzibati materialın təhqiqatı zamanı reabilitasiya mərkəzində işləyən şəxslərin izahatları alınmış və həmin izahatlarda “X11”ndə lisenziya olmadan "fizioterapiya" və "fizioterapevtik" fəaliyyət həyata keçirilməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda Azərabaycan Respublikası İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumata əsasən X4 özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmədiyi, Q.Məmmədovanın ********** saylı VÖEN əsasında fəaliyyət göstərdiyi məlum olmuşdur. Məhkəmə həmçinin şikayətçinin AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə Binəqədi rayon prokuroru tərəfindən 08 may 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, qərar və material baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar