Məhkəmə qərarları › İş №3(006)-3628/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3628/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3628/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (hüquqi ünvanı: ünvan 1ibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mülkiyyətində olan «VAZ 21074» minik markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 11:55-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 məhkəməyə elektron kabinet vasitəsilə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərərk bildirmişdir ki, iş üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) balansında olan “VAZ 21074” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə səlahiyyəti olan şəxs barəsində AR İXM-nin 339.1-1-ci maddəsi ilə İXP5534125 nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. (Yol hərəkəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə). Hesab edirlər ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun əsassız olaraq tərtib olunması, bu səbəbdən ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, GS/08-220/2023 nömrəli şikayət məktubu AR DİN Baş DYPİ-ə göndərilmişdir. Lakin sözügedən şikayət məktubunun nəticəsi barədə bugünədək Şirkətə heç bir rəsmi məlumat verilməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, GS/08-220/2023 nömrəli şikayət məktubunun nəticəsi barədə Şirkətə rəsmi məlumat verilməsi üçün yenidən AR DİN Baş DYPİ-ə məktub ünvanlanmışdır. Əlavə olaraq nəzərə çatdırılır ki, Şirkətin balansında olan digər “Hyundai” minik markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində AR İXM-nin 339 1-1-ci maddəsi ilə tərtib olunmuş EQ12176269 nömrəli, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 08/01-551 nömrəli şikayət məktubu AR DİN Baş DYPİ-ə göndərilmişdir. AR DİN Baş DYPİ-nin 0xx-xx-5298/2023 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən həmin protokol ləğv olunmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Göyçay Rayon Polis X3 Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus «VAZ 21074» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 11:55-də İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən DİN BDYPİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GS/08-220/2023 nömrəli şikayətindən görünür ki, «VAZ 21074» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 50 manat məbləğində tətbiq edilmiş cərimənin ləğv edilməsi və iş üzrə icraata xitam xahiş edilmişdir. İş materiallarında olan AR DİN Baş DYPİ-nin 0xx-xx-5298/2023 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, inzibati tənbeh vermə haqında elektron qərarlar ləğv olunaraq işlərin icraatına xitam verilmişdir Beləliklə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülkiyyətində olan «VAZ 21074» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 11:55-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar