Məhkəmə qərarları › İş №3(006)-3633/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3633/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3633/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla bağlı əvvəlki məhkəmə qərarı ilə həmin qərarın ləğv olunaraq işin təkrar baxılması üçün səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Lakin, həmin qərardan sonra səlahiyyətli orqan tərəfindən işə təkrar baxılmış və ilkin qərar (7041429 nömrəli, xx.xx.2025) yenidən qüvvədə saxlanılmışdır. Ən önəmlisi isə, təkrar araşdırma zamanı o, işə cəlb edilməmiş, izahatı alınmamış və ümumiyyətlə məlumatlandırılmamışdır. Bu, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3 və digər müvafiq müddəaları ilə təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmçinin, məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda aydın şəkildə göstərilmişdir ki, inzibati tənbeh haqqında qərar sübutlara (foto, video və s.) istinad edilmədən və işin hallarına tam hüquqi qiymət verilmədən qəbul edilmişdir. Buna baxmayaraq, eyni qərar yenidən qüvvədə saxlanılmış, lakin bu dəfə onun iştirakı və xəbəri olmadan. Qeyd edilənləri nəzərə alaraq, barəsində xx.xx.2025-ci il tarixində səlahiyyətli orqan tərəfindən qəbul edilmiş təkrar inzibati tənbeh qərarının qanunsuz hesab edilməsi və ləğv olunmasını, təkrar baxış zamanı onun iştirakı təmin olunmadan qərarın qəbul edilməsinin qanun pozuntusu kimi tanınmasını, inzibati iş üzrə icraatın tam, hərtərəfli və obyektiv şəkildə aparılması üçün işin yenidən baxılması məqsədilə müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 yuxarıda göstərilən məzmunda izahat verərək Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 göstərdi ki, X4 idarə **-AE-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 Luxury” markalı nəqliyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxladığı üçün barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan sürücü tərəfindən şikayət verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunmuş, xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli quruma göndərilmiş, lakin yenidən araşdırma zamanı qəbul olunan qərarın əsaslı olduğu müəyyən edilərək ilkin qərar yenidən qüvvədə saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası İXMnin 346.2-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində idarə etdiyi **-AE-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 Luxury” markalı nəqliyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1102/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. İş materiallarında olan videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə X4 Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində **-AE-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 Luxury” markalı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamaqla dayanma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X4 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində idarə etdiyi **-AE-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 Luxury” markalı avtomobillə dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzrə 40 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin iş materiallarında olan videogörüntülərdən də aydın olur ki, xx.xx.2025-ci il tarixdə X2 idarə etdiyi **-AE-*** dövlət qeydiyyat nişanlı “BAİC X3 Luxury” markalı avtomobil Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində dayanma qaydalarını pozmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da görünür ki, X4 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar