Məhkəmə qərarları › İş №3(006)-3634/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3634/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3634/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu 20-ci polis bölməsinin sahə inspektoru tərtib etmiş şəxs: X4 Zərər çəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Xocalı rayonu, Cəmilli ərazi dairəsi, Cəmilli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10, mənzil 54-dən 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefonları oğurlamaqla X2 85 manat ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X6 izahatında göstərdi ki, X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə naməlum şəxs Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10, mənzil 54-ün giriş qapısının açıq olmasından istifadə edərək ora daxil olmuş və qapının qarşısında olan kreslonun üzərindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefonları oğurlanmışdır. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, daha sonra xətanı törədən şəxs Şəxs müəyyən edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, o, valideynləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10, mənzil 54-də yaşayır. O, xx.xx.2022-ci il tarixdə mənzilin giriş qapısının qarşısında olan kreslonun üzərindən özünə məxsus 35 manat dəyərində “Nokia” və 50 manat dəyərində “Samsung” markalı mobil telefonları götürmək istəyən zaman həmin telefonların orada olmadığını aşkar etmişdir. Telefonların oğurlandığına əmin olduğu üçün bu barədə “102” xidmətinə şikayət etmiş və məlum olmuşdur ki, oğurluq edən şəxs Şəxsdur. Hazırda vurulmuş ziyan ödənildiyindən Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10, mənzil 54-ün giriş qapısının açıq olmasından istifadə edərək ora daxil olmuş və kreslonun üzərindən 02 ədəd telefonu götürüb çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri ödəmiş, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar