Məhkəmə qərarları › İş №3(006)-3637/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3637/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3637/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Azərbaycan Respublikası Mərkəzi Bankın protokolu tərtib etmiş: nümayəndəsi Nümayəndə1 oğlunun Barəsində icraat aparılan Azərbaycan Respublikası Fövqəladə Hallar hüquqi şəxs: Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin nümayəndəsi Nümayəndə2 Əziz oğlunun iştirakları ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., ev 57, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki- Təchizat İdarəsi 858.780,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 152.000,00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 858.780,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 152.000,00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmaması göstərilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, mina təmizləmə maşınlarının alınması və onlara xidmət ilə bağlı İdarə ilə İsveçrədə fəaliyyət göstərən “X2 AG” şirkəti arasında dəyəri 2.862.600,00 Avro olan xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı “Təchizat və xidmətlər barədə” müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən bu vəsaitin 30%-i - 858.780,00 Avro qabaqcadan ödəniş kimi həmin şirkətə köçürülmüşdür. Eyni zamanda, müqaviləyə əsasən onun 152.000,00 Avro hissəsi aylıq istismar və mexaniki təlim və potensialın artırılmasına aid olmuşdur. Sifariş verilmiş bütün mallar ölkəyə idxal olunmuş, o cümlədən xarici mütəxəssislər tərəfindən işçilərə müvafiq təlim keçirilmişdir. Bununla bağlı bütün aidiyyəti sənədlər banka təqdim olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 858.780,00 Avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan 152.000,00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən İsveçrədə fəaliyyət göstərən “X2 AG” şirkətinin hesabına mina təmizləmə maşınlarının alınması üçün xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixli, 220629 saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 858.780,00 Avro məbləğində pul göndərilmişdir; • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki- Təchizat İdarəsi ilə “X2 AG” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı “Təchizat və xidmətlər barədə” müqavilə və ona Əlavə 1-ə əsasən sazişin dəyəri 2.862.600,00 Avro təşkil edir, ilkin ödəniş olaraq 858.780,00 Avro ödənilir. Müqavilənin 152.000,00 Avro hissəsi aylıq istismar və mexaniki təlim və potensialın artırılmasına aiddir. • Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə verilmiş məktubda qeyd olunur ki, İdarə ilə “X2 AG” şirkəti arasında bağlanmış 2.862.600,00 Avro məbləğində xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı müqaviləyə əsasən idxal olunmuş mina təmizləyən maşın və avadanlıqları üçün 2.710.600,00 Avro məbləğində köçürülən avans məbləğlər təqdim edilən **********6112, **********7500, **********2974, **********1110, **********4983, **********8480 YGB-lər əsasında bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq təlim kursları üçün nəzərdə tutulan 152.000,00 Avro məbləğində avans köçürmə təqdim olunan xx.xx.2022-ci il tarixli məktub və xx.xx.2023-cü il tarixli sertifikatlar əsasında bağlanılmışdır. Beləliklə müəyyən edilir ki, mina təmizləmə maşınlarının alınması və onlara xidmət ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi ilə İsveçrədə fəaliyyət göstərən “X2 AG” şirkəti arasında dəyəri 2.862.600,00 Avro olan xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı “Təchizat və xidmətlər barədə” müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən bu vəsaitin 30%-i - 858.780,00 Avro qabaqcadan ödəniş kimi həmin şirkətin hesabına xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Eyni zamanda, müqaviləyə əsasən onun 152.000,00 Avro hissəsi aylıq istismar və mexaniki təlim və potensialın artırılmasına aid olmuşdur. Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş məktuba əsasən xx.xx.2022-ci il tarixli, 22-M-008 saylı müqaviləyə əsasən idxal olunmuş mina təmizləyən maşın və avadanlıqları üçün 2.710.600,00 Avro məbləğində köçürülən avans məbləğlər təqdim edilən **********6112, **********7500, **********2974, **********1110, **********4983, **********8480 bəyannamələr əsasında, təlim kursları üçün nəzərdə tutulan 152.000,00 Avro məbləğində avans köçürmə isə təqdim olunan xx.xx.2022-ci il tarixli məktub və xx.xx.2023-cü il tarixli sertifikatlar əsasında bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar