Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3639/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Y.Əylisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Y.Əylis kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından Zərərçəkmiş şəxs 327 manat pulu oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhər Nəsimi RPİ 22-ci PŞ-nin sahə inspektoru, X3 oğlu tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından Zərərçəkmiş şəxs kartdan pul çıxaran zaman pulu bankomatda qalmış, daha sonra Zərərçəkmiş şəxs kartı götürərək digər bankomata keçən zaman götürmədiyi 327 manat pulu Şəxs oğurlayaraq, xırda talama inzibati xətasını Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ünvanında yerləşən "xxxx" ASC-nin bankomatından 1 nəfər şəxsin kartdan pulu çıxardan zaman pulunun bankomatda qaldığını görmüş, həmin şəxs digər bankomata keçdiyini gördükdə bankomata yaxınlaşaraq 327 manatı götürmüşdür. Həmin vaxt spirtli içki qəbul etdiyindən hərəkətinin səhv olduğunu anlayır və əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, Zərərçəkmiş şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3639/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3639/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver