Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3641/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il səhər saat 9 radələrində işə gedərkən Azərbaycan Dövlət Tibb Universitetinin yaxınlığında Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən saxlanılmış və ona bildirilmişdir ki, avtomobil məhkəmənin qərarı ilə duracağa getməlidir. Səbəb isə köhnədən ödənilməmiş borcu olduğunu bildirmişdir. Bu barədə məlumatının olmadığını, lakin burada bu dəqiqə borcu onlayn qaydada ödəyə biləcəyini bildirmişdir. Lakin DYP əməkdaşı razılaşmamışdır. Əlavə olaraq onun avtomobilində dövlət nömrə nişanının, bayrağın düzgün oxunmadığını bildirilmişdir. Bunun uçün İXM-nin 342.7.-ci maddəsi (saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etmək) ilə ona 60 manat cərimə və 4 bal yazılacağını bildirmişdir. O, etiraz etmiş. Daha sonra xahiş etmişdir ki, dövlət qeydiyyat nişanı ilə xəbərdarlıq etsin onu da həmin gün icra edəcəkdir. Lakin DYP əməkdaşı bununlada razılaşmamışdır. Onun avtomobili duracağa aparılmışdır. Köhnədən olan cəriməni ödəmiş dövlət qeydiyyat nişanını dəyişdirmişdir. Sonradan günün sonun da ona sms vasitəsi ilə 60 manat cərimə və 4 bal yazıldığını bildirilmişdir. Qeyd edir ki, dövlət qeydiyyat nişanında olan uyğunsuzluq hər hansı fiziki müdaxilə olmadan baş vermişdir. Belə ki, qeydiyyat nişanı alındığı vaxtdan uzun müddət keçmiş və erroziya nəticəsində bayrağın rəngi solmuşdur. Bu barədə DYP əməkdaşı xəbərdarlıq etməli olsa da, lakin vətəndaşın məlumatsız olduğu üçün cərimə tətbiq etmişdir. Hesab edir ki, İXM 342.7-ci maddəsində göstərilən xəta onun tərəfindən pozulmamışdır. Əlavə olaraq qeyd edir ki, xx.xx.2022-cı il tarixində avtomobil texniki baxışdan keçirilmişdir Dövlət qeydiyyat nişanı barədə nöqsan qeyd edilməmişdir. Bu bavədə DYPİ-nə şikayətini bildirsədə nəticə olaraq xx.xx.2023-cü il tarixində daxil olmuş cavab məktubunda YPX əməkdaşı tərəfindən huquqazidd hərəkətlərə yol veriİmədiyi qeyd edilmişdir. Əlavə olaraq qeyd edir ki, həmin protokolun qərarı ona poçt və ya e-mail vasitəsi ilə göndərilmədiyi üçün, o, həmin protokoldan şikayət edə bilməmişdir. Nəticədə həmin cərimə məbləği artaraq 96 manat olmuşdur. xx.xx.2023-cü il tarixində onu DYP-nin Nəvai nəzarət buraxılış məntəqəsində saxlayaraq cərimə məbləğinin ödənilməsi tələb olunmuş əks təqdirdə avtomobilini dayanacaqda saxlanılacağı bildirilmişdir. Həmin vaxt ailəsi avtomobildə olduğu üçüün 96 manat cərimə məbləğinin mobil bank vasitəsi ilə ödəmişdir. Qeyd olunan protokol barədə qərar onun poçt ünvanına daxil olmamışdır. Həmin protokol barədə qərar DİN-nə müraciət etdikdən sonra 18.07 2023-cü il tarixində onu e-mail ünvanına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yuxarıda göstərilən məzmunda izahat verərək, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 09:00-da “Mercedes Benz 230” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxta və ya mövcud standartlara uyğun olmadan idarə etmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X4 “Mercedes Benz 230” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxta və ya mövcud standartlara uyğun olmadan idarə etməsi qaydalarını pozmadığını bildirmişdir. Həmçinin, X4 avtomobilini xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçirmiş, lakin baxış texniki zamanı heç bir nöqsan qeyd edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3641/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3641/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver