Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3645/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili “AAA” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi S.Ş.Həsənov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixdə protokol tərtib edilmiş, Şəxs MMC ilə işçiləri arasında əmək müqaviləsi olsa da heç bir işçi icbari sığorta olunmamışdır. İşçilərlə əmək müqaviləsi bağlanıldığı andan işçilərin icbari sığortası olmalıdır. Vəzifəli şəxs olaraq Şəxs MMC-nin direktoru məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili E.A.Şahverdi təqdim etdiyi etirazda və izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı 19 noyabr 2021-ci il tarixli ********** saylı məktubuna əsasən Şəxs MMC-nin barəsində 18 Noyabr 2021-ci il tarixli MN ******* saylı, Şəxs MMC-nin direktoru X3 barəsində isə 18 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəxs MMC-nin barəsində tərtib etdiyi 18 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol qanunsuzdur, əsasssızdır və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarıla bilməz. Belə ki, səlahiyyətli orqan nəzərə almayıb ki, Şəxs MMC ilə "xxxx" ASC arasında 05 noyabr 2021-ci il tarixli **********317 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında 525 manat ödəniş edilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsində göstərilən “hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanması” təmin edilmişdir. Belə olan halda isə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilir. Şəxs MMCnin əməlində inzibati xəta tərkibinin olduğunu fərz etsələr belə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) eyni əmələ görə 2 şəxsi intizam məsuliyyətinə cəlb etməsi qanunsuzdur. Belə ki, səlahiyyətli orqan (vəzifəli şəxsin) yuxarıda göstərilən əmələ görə artıq Şəxs MMC-nin direktoru İ.R.Babayev barəsində isə 18 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında 29 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında Şəxs MMC-nin direktoru İ.R.Babayev İdris Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Göstərilənlərə nəzərə alaraq Şəxs MMC-nin barəsində tərtib etdiyi 18 noyabr 2021-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsi və Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs MMC-nin vəkili E.A.Şahverdi məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmin protokolda inzibati xəta hadisəsinin harada və nə vaxt (yer və tarix) göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda öz əksini tapmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətiniə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 29 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş "xxxx" MMC-nin direktoru İ.R.Babayev tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış və nəticədə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda inzibati xətanın nə vaxt və harada törədilməsi dəqiq göstərilməmişdir. Həmçinin Şəxs MMC-nin vəkili tərəfindən verilmiş etiraza və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, Şəxs MMC-nin direktoru İ.R.Babayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qaytarılmalıdır. Qeyd olunanlara əasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3645/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3645/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver