Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3652/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 17 avqust 1994-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Ram Constraction” şirkətində mühəndis işləyən, Binəqədi rayonu, Ə.Naxçıvani, ev 2, mənzil 26-da qeydiyyatda olan, Yasamal rayonu, Ə.Əhmədov 25B-də yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-ci il tarixdə saat 13:00-da Nəsimi rayonu Cavadxan küçəsində idarə etdiyi Chevrolet Cruze markalı **-DY-*** d.q.n-lı minik avtomobili yol kənarında saxlayaraq nəqliyyat vasitəsinin qapısını açması hərəkətdə olan X4 məxsus mopedə dəyməsi nəticəsində sonuncuya YÜNGÜL dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Chevrolet Cruze markalı avtomaşınla Nəsimi rayonu, Cavadxan küçəsin ilə 3-cü MKR dairəsi istiqamətində yolun kənarında olan parklanma yerində avtomaşını saxlayıb qapını açmış və avtomaşından düşmüş, bu zaman tanımadığı şəxs idarə etdiyi mopedlə onun avtomaşınının sol tərəf sürücü qapısına çırpılmış və moped aşaraq yerə yıxılmış, bundan sonra yolda hərəkətdə olan BMV markalı avtomaşının sürücüsü moped sürücüsünü onunla birlikdə avtomobilə əyləşdirib 1 saylı KTM-ə aparmışdır. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 Xidməti-Zəng Mərkəzinə məlumat vermiş, hadisə nəticəsində avtomaşına maddi ziyan dəymişdir. Hadisə zamanı moped sürücüsü ayaq nahiyəsindən xəsarət almışdır. Lakin özü heç bir xəsarət almamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan SYM markalı mopedlə Nəsimi rayonu, Cavadxan küçəsi ilə 3-cü MKR dairəsi istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan zaman yolun kənarında olan parklanma yerində Chevrolet markalı **-DY-*** d.q.n-lı minik avtomobilinin sürücüsü avtomaşını saxlayıb qəflətən qapını açmış və avtomaşından düşmüş, bu zaman idarə etdiyi mopedlə Chevrolet markalı **-DY-*** d.q.n-lı minik avtomobilin qabaq sol tərəf sürücü qapısına çırpılmış və moped aşaraq yerə yıxılmışdır. Bu zaman kürəyində olan çanta BMV markalı avtomobilə dəymişdir. Bundan sonra yolda hərəkətdə olan BMV markalı avtomaşının sürücüsü onu avtomobilə əyləşdirib 1 saylı KTM-ə aparmış, hadisə nəticəsində sağ ayaq nahiyəsindən xəsarət almış, mopedə də maddi ziyan dəymişdir. Hadisə Chevrolet markalı avtomobilin sürücüsünün qapını ehtiyatsızlıqdan açması nəticəsində baş vermişdir. Hal-hazırda Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 945 nömrəli ekspert rəyindən görünür ki, X3 bədənində aşkar olunmuş xəsarətlər-sağ aşıq-baldır oynağı, sağ daban nahiyələrinin və sağ ayağın hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi və əzilmiş-cırımış yarası, sol dirsək oynağı nahiyəsinin, sol saidin, hər iki mil-bilək oynağı nahiyəsinin, hər iki əlin, sol diz oynağı nahiyəsinin, sol baldırın, hər iki ayağın sıyrıqları bərk küt əşyanm(əşyalarm) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-730 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3652/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3652/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver