Məhkəmə qərarları › İş №3(006)-3656/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3656/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3656/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 22 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı, 22 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 7 aprel 2025-ci il “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” X11 rəhbərliyinə vətəndaş X5 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində müraciətə baxılması üçün məktub daxil olmuş və aydınlıq gətirilməsi üçün sənədlər təqdim edilməsi xahiş olunmuşdur. Universitet tərəfindən sənədlər həmin idarəyə təqdim edilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş və İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə 17 aprel və 12 may 2025ci il tarixlərində 5 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuşdur. Universitet ilə vətəndaş X8 arasında bağlanmış müqaviləyə əsasən təqdim edilmiş bütün hüquqi sənədlərdə işçinin tələbi təmin edilmiş və əmək haqqının düzgün ödənilməsi eləcə də bütün sosial ödəmələr vaxtında icra edilmişdir. X9 Xidməti 22 may 2025-ci il tarixində barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş (MN 1870741) və vətəndaş X5 “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” X12 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə tərtib etmişdir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2023-cü il tarixli 10 nömrəli Qərarına əsasən barəmdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğuna görə hesab edir ki, ləğv edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, verilmiş şikayətlə artıq tanışdır və qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verib barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsas gətirilərək barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 41577.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (3.5). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi yazılı formada bağlanır (44.1). Əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır (46.1). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır (81.2). Qeyd edilən normaların məzmunundan göründüyü kimi əmək müqaviləsi əmək münasibətlərinə daxil olan işəgötürən və işçi arasında bağlanan müqavilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). İş üzrə tədqiq edilmiş sənədlərdən və tərəflərin izahatından müəyyən edildi ki, Rəmziyə İlyas həqiqətən də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti X11 nəzdində olan “UFAZ” adlı təhsil layihəsində ingilis dili fənni üzrə müəllim vəzifəsində calışmaq üçün cəlb edilmişdir. İlyas Rəmziyəyə ADNSU PHŞ-nin nəznində fəaliyyət göstrən UFAZ təhsil layihəsində saathesabı olmaqla ingilis dili fənnindən tədris aparmaq tapşırılmışdır. Bundan irəli gələrək müəllimlə 23 sentyabr 2024-cü il tarixdə tapşırıq müqaviləsi bağlanmışdır. Belə olan halda X3 əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb edilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. X15 Əskərovla bağladığı xidmət müqaviləsinin sonuncu tərəfindən əsassız pozulduğunu və ya müqavilə şərtlərinə əməl edilmədiyini iddia edirsə, bununla bağlı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin ******* №li, 22 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar