Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3658/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26314723 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN BDYPİ X2 2025-ci il 02 iyun tarixli qərarı ilə o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə təqsirli bilinərək, 100 (bir yüz) manat cərimə edilmişdir. Bildirir ki, əvvəlcə 2025-ci il 27 fevral tarixində “SMS Radar" mobil telefon nömrəsinə 2025-ci il 27 fevral tarixli, EQ 26314723 saylı inzibati xəta haqqında protokol sms məlumatlandırma ilə 2025-ci il 26 fevral tarixində saat 18:39:09-da 3-cü mkr. dairəsi istiqaməti ilə hərəkət edərkən 5.9, 5.10.1-5.10.3 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqlı yol ilə hərəkət etdyi hesab olunaraq ona cərimə bildirişi daxil olmuşdur. Həmin inzibatı tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət edərək 2025-ci il 11 aprel tarixli 3(006)-1576/2025 nömrəli məhkəmə qərarına əsasən 27 fevral 2025-ci il tarixli EQ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyindən, həmçinin onun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmadığından və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 27 fevral 2025-ci il tarixli EQ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. 2025-ci il 02 iyun tarixində EQ/ 26314723 nömrəli inzibati tənbeh vermə haqqında qərar yenidən şəxsi kabinetinə daxil olmuşdur. Lakin, təkrar olaraq inzibati xətanı törətməsi tam araşdırılmamış, həmçinin qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məlumat üçün bildirir ki, o, kamera dirəyinin yerləşdiyi hissənin yola bitişik ərazidə yerləşən həyətdən yola doğru hərəkət edirdi. Hərəkət zamanı yerdə çəkilən 1.11 (biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətlər) yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran nişanın onun həyətdən çıxdığı döngəyə çatmamış tamamlanmasını görmüşdür. Bu səbəbdən son zərurətdən hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqdan ötrü, əsas prinsipi, əvvəlcə birinci zolağa çıxmaq və sonra yola uyğun şəkildə zolaqlar arasında dərhal dəyişiklik edərək irəlidə olan 5.11.1 nişanın qarşısından geri dönmək olmuşdur. Eyni zamanda 1.11 nişan xətlərinin o olduğu həyətə çatmamış bitməsi səbəbindən birbaşa ikinci zolağa keçməyi təhlükəsizliyi təhdid edə bilər və digər sürücüləri narahat edə bilər. Bu səbəbdən, həyətdən çıxarkən əvvəlcə birinci zolağa keçmiş və daha sonra dərhal zolağı dəyişmişdir. "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 (“BUS” yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Foto və videoda göründüyü kimi, o, 1.1 bütöv nişanlanma xəttini kəsib keçmişdir. Odur ki, yerdə çəkilən 1.11 zolağın onun həyətdən çıxdığı döngəyə çatmamış tamamlanması səbəbindən son zərurətdən kəsib keçməyini, hərəkət etdiyi zolaqda 5.9 nişanın və 1.23 “BUS" yazısı olan nişanlanma ilə işarələnən zolaqların heç birinin aşkar olunmadığını, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət edərək 2025-ci il 11 aprel tarixli 3(006)-1576/2025 nömrəli məhkəmə qərarına əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 27 fevral 2025-ci il tarixli EQ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına baxmayaraq, inzibati xətanı törətməsi təkrarən tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığını nəzərə alaraq (foto və videoda da açıq aydın görünür) DİN BDYPİ X2 tərəfindən 2025-ci il 02 iyun tarixli EQ/ 26314723 saylı elektron qərarın tam qanunsuz və əsassız olmasını hesab edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:39-da X3 idarə etdiyi “Kia Sorento minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə A.Mustafayev ilə H.Seyidzadə küçələrinin kəsişməsi 3-cü mikrorayon dairəsi istiqamətində 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə inzibati tənbeh etmə haqqında EQ 26314723 saylı qərar qəbul olunmuşdur. Qeyd olunan qərardan şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin təmin edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Lakin yenidən araşdırma nəticəsində şəxsin Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini təsdiq edən kifayət qədər sübutlar olduğundan xx.xx.2025-ci il tarixində X3 Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmasına dair yeni qərar qəbul edilmişdir. Həmin inzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən X3 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, EQ/ 26314723 nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26314723 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 18:39:09-da idarə etdiyi “Kia Sorento minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(006)-1576/2025 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 27 fevral 2025-ci il tarixli EQ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 02 iyun 2025-ci il tarixli, EQ/ 26314723 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X5 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.11-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsitərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26314723 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3658/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3658/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver