Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3660/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi tərtib etmiş qurum: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 44, mənzil 24-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs ünvan 1 ünvanda yerləşən “Brend saat təmiri” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmiş və bu fakt xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, idarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş tədbirlər zamanı Şəxs işlətdiyi ünvan 1 ünvanda yerləşən “Brend saat təmiri” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Daha sonra həmin Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndinə müvafiq olaraq Şəxs həmin aktda qeyd olunan pozuntuların aradan qaldırılması, 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət olunması və ya icazəsiz reklam yayımını dayandırılması tələb edilmiş, əks təqdirdə, 1 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və bununla bağlı məktub xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Lakin göstərilən müddət ərzində buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində təkrar bu obyektə baxış zamanı icazəsiz reklam yayımının dayandırılmadığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən “Brend saat təmiri” adlı obyekti işlətsə də, yay mövsümü ilə əlaqədar iş zəif olduğundan ora demək olar ki, bağlı olmuşdur. Bakı şəhər Reklam İdarəsinin əməkdaşlarını da heç vaxt görməmiş, idarənin göndərdiyi göstərişi isə digər mağazada işləyən Şahid qəbul etmiş, sonuncu da ona bunu bu yaxınlarda təqdim etmişdir. Obyektin üzərində o, yalnız sarı rəngli reklamı yerləşdirmiş və bu reklam da qanunvericiliyin tələblərinə cavab verir. Digər reklam isə orada ondan əvvəl işlədən şəxs tərəfindən quraşdırılmış və şüşə zədəli olduğundan bu reklamı sökmək təhlükəli olmuşdur. Tərtib edilmiş protokol ilə razı deyil. Orada qeyd olunub ki, guya o, həmin günü izahat verməkdən və protokolu imzalamaqdan imtina edib. Halbuki, o, həmin günü heç iş yerində olmamışdır. Məhkəmə iclasında Şahid izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən, Şəxs işlətdiyi “Brend saat təmiri” adlı obyektin yanındakı mağazada işləyir. Şəxs işə arada bir gəldiyi üçün Bakı şəhər Reklam İdarəsi tərəfindən ona göndərilmiş iki məktubu qadın olan poçt işçisindən qəbul etmiş və bu tarixdən hardasa bir həftə sonra Cappar işə gələndə sənədləri ona təqdim etmişdir. Zərfin içində olan sənəddən xəbəri olmamışdır. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli Akta və ona əlavə edilmiş şəkilə əsasən həmin günü, saat 16:16-da ünvan 1 ünvanda yerləşən “Brend saat təmiri” adlı obyektin üzərində müvafiq icazə olmadan 02 ədəd 2,50 m2 ölçüdə reklam aşkar edilmişdir; • Bakı şəhər Reklam İdarəsinin Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli göstərişdə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndinə müvafiq olaraq aktda qeyd olunan pozuntuların aradan qaldırılması, 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət olunması və ya icazəsiz reklam yayımını dayandırılması tələb edilmiş, əks təqdirdə, 1 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir; • “Reqion Ekspress” poçt xidməti tərəfindən təqdim edilmiş 045572 saylı qaiməyə görə bu məktub xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, S.Vurğun küçəsi, 67 saylı ünvanda Şahid təqdim edilmişdir; • xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkilə əsasən həmin günü saat 14:30-da ünvan 1 ünvanda yerləşən “Brend saat təmiri” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə, tərəflərin və şahidin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarında əlavə edilmiş fotoşəkildə isə obyektin üzərindəki lövhələrin bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na görə: • Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər Dövlət Tarix-Memarlıq və QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir (1.2-ci bənd); • Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə (3.5-ci bənd): • reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) (3.5.1-ci bənd); • bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.5.2-ci bənd). • Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir (3.7-ci bənd). İşdən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən açıq məkanda icazəsiz reklam yayımı halı müəyyən edildiyi üçün yuxarıda qeyd olunan Qaydaların tələblərinə riayət edilərək reklam yayıcısı olan Şəxs pozuntunun aradan qaldırılması üçün icrası məcburi olan göstəriş vermiş və bununla bağlı vaxt müəyyən etmişdir. Lakin Şəxs məhkəmə iclasında həmin göstərişi vaxtında almadığını qeyd etsə də, şahid ifadəsi ilə müəyyən olunur ki, bu göstəriş ona təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3660/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3660/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver