Məhkəmə qərarları › İş №3(006)-3663/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3663/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3663/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs Mirayıb oğlunun iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1971-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Saatlı rayonu, Heydər Əliyev prospekti, ev 118-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Mirayıb oğlu xx.xx.2023-cü il tarixdə, saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində idarə etdiyi «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirayıb oğlu izahatında bildirdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində idarə etdiyi «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanma və durma qaydalarını pozduğuna görə xx.xx.2023-cü il tarixli, EQ 15949952 saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur. Yenidən onu həmin Məcəllənin 342.9-cu maddəsi üzrə məsuliyyətə cəlb edilməsi məntiqsizdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən və diskdəki görüntüdən aydın olur ki, xx.xx.2023-cü il tarixdə, saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsində yerləşən dövlət qeydiyyat nişanının bir hissəsi kağız parçası ilə bağlanılmış, arxa hissəsində yerləşən dövlət qeydiyyat nişanının görünməməsi üçün yük yerinin qapısı açıq vəziyyətdə saxlanılmışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim olunmuş fotoşəkil və müvafiq sistemdən olan çıxarışa əsasən «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs Mirayıb oğlu tərəfindən həmin ünvanda xx.xx.2023-cü il tarixdə, saat 14:59-da dayanma və ya durma qaydaları pozulduğuna görə o, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, Şəxs Mirayıb oğlu idarə etdiyi «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 14:59-da Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində saxlayaraq dayanma və ya durma qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, həmin ünvanda avtomobili saxlamaqda davam edib saat 15:20 radələrində onun ön hissəsində yerləşən dövlət qeydiyyat nişanının bir hissəsi kağız parçası ilə bağlamış, arxa hissəsində yerləşən dövlət qeydiyyat nişanının görünməməsi üçün isə yük yerinin qapısı açıq vəziyyətdə saxlamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. «MERCEDES-BENZ E200 CDİ MİNİK» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtük müsadirə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar