Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3669/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 36, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC mülkiyyətində olan «NİSSAN SENTRA MİNİK» markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 20:28-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, şirkət mülkiyyətində olan «NİSSAN SENTRA MİNİK» markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 20:28-də inzibati xətanı törətmiş sürücü barədə məlumatın verilməsinə dair Yasamal Rayon Dövlət X5 daxil olmuş sorğunu xx.xx.2023-cü il tarixdə aldıqdan sonra dərhal həmin günü onu rəsmi qaydada cavablandırmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əsasən: Bakı şəhər Yasamal Rayon Dövlət X6 məktubu və müvafiq poçt qəbzindən görünür ki, Şəxs MMC-dən cəmiyyətə məxsus «NİSSAN SENTRA MİNİK» markalı, **-AH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 20:28-də inzibati xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin şirkətə çatdırılmışdır; Şəxs MMC-nin baş direktoru tərəfindən Yasamal Rayon Dövlət X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda «NİSSAN SENTRA MİNİK» markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə, saat 20:28-də idarə etmiş şəxs barədə məlumat verilir; "xxxx" MMC tərəfindən verilmiş 352311 saylı qəbzə əsasən bu məktub xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Dövlət X8 çatdırılır. Beləliklə müəyyən olunur olur ki, Şəxs MMC mülkiyyətində olan «NİSSAN SENTRA MİNİK» markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 20:28-də inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumatın verilməsinə dair sorğunu aldıqdan dərhal sonra müvafiq məlumatı Bakı şəhəri Yasamal Rayon Dövlət X8 təqdim etmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3669/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3669/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver