Məhkəmə qərarları › İş №3(006)-3673/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3673/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3673/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X2 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bu ilin may ayından başlayaraq, paytaxtın Xətai rayonu ərazisində olan “Gənclər” parkında yerləşən «Maşın» kafedə inzibatçı vəzfəsində işləyir. İş saatı axşam saat 6-dan başlayaraq saat 12:00 radələrinə kimi davam edir. xx.xx.2024-cü il tarixdə işdə olduğu vaxt telefonla danışmaq üçün kafedən çölə çıxmışdır. Kafenin qapsının yanında dayanıb telefonla danışan zaman həmin ərazidə xidmət aparan adım sonradan bildiyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X6 ona yaxınlaşaraq yerə atılmış siqaret kötüklərini görüb nə üçün siqareti çəkib yerə atmağını soruşmuşdur. O, siqaret çəkmədiyini, yerə atılmış siqaret kötüklərinin kim tərəfindən yerə atılması ilə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Lakin sahə inspektoru həmin siqaret kötüklərinin onun yerə atmağını iddia edərək, heç bir araşdırma aparmadan, heç bir əsas və səbəb olmadan barəsində inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Telefonuna gəlmiş SMS bildirişlərdən ona aydın olmuşdur ki, sahə inspektorları tərəfindən qanunsuz olaraq barəsində bir deyil, 3 protokol və onların əsasında inzibati cərimə tətbiq etmə haqqında qərarları tərtib edilmişdir. Belə ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X6 tərəfindən xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə məni təqsirli bilərək 50 manat inzibati cərimə tətbiq etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X8 heç bir əsas və səbəb olmadan barəsində Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə EXP ******* nömrəli inzibati protokol və həmin protokol əsasında EXP ******* nömrəli inzibati tənbeh vermə haqıqnda qərar qəbul edərək 50 manat cərimə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən isə barəsində Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsi ilə EXP ******* nömrəli inzibati protokol və həmin protokol əsasında EXP 11506924 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə tətbiq edilmişdir. Hər üç qərar üzrə ona qanunsuz olaraq cəmi 150 manat məbləğində inzibati cərimə yazılmışdır. Barəsində tərtib edilmiş qərarlarla razı deyil. Çünki həmin qərarların qəbul edilməsi üçün onun tərəfdən inzibati qanunvericilyin hər-hansı bir tələbləri pozulmamışdır. Sahə inspektorları məhz öz fərziyələri əsasında həmin inzibati xətaların onun tərəfindən törədilməsini əsas gətirərək belə bir əsassız, qanunsuz və ədalətsiz qərarlar qəbul etmişlər. Barəsində tərtib edilmiş inzibati qərarların hansı əsaslarla qəbul edilməsi ilə bağlı bölməyə müraciət etdikdə ona oradan bildirmişlər ki, həmin qərarlar səhv olaraq tərtib edilmişdir. Qərarların ləğv edilməsini xahiş etsə də, polis əməkdaşları qərarları ləğv edə bilmədiklərini, bunun yalnız məhkəmə qaydasında həll oluna bilcəyini ona bildirmişlər. Hesab edir ki, həmin inzibati qərarlar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət verən şəxsin yaşayış veri və va hüquqi şəxsin ünvanının olduğu yer üzrə ravon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında is üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş-hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qavdada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında is üzrə qərardan şikayət və va protest verilə bilər. Barəsində tərtib edilmiş inzibati qərarları 20 avqust 2024-cü il tarixdə bölməyə müraciət edərək əldə etmişdir, yəni qərarlardan şikayət vermə müddətini ötürməmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə iclasının şikayətçinin və həmin qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 212.4-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); - inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); - inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur (61.1.8-ci maddə); - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır (100.2-ci maddə); - inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan, habelə mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, göstərilən məsələ ilə bağlı hadisə yerini müşahidə edən videokameralardan müvafiq görüntülərin məhkəməyə təqdim edilməsi tələb edilsə də, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən bu görüntülər təqdim edilməmiş, nə də onların təqdim edilməməsinin səbəbi barədə məlumat verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar