Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3675/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 02 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2023-cü il tarixində VV724PP/VVVV782V nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5528 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 57180 ABŞ dolları qeyd edildiyi halda, təqdim edilmiş Şri-Lanka Dövlətinə aid ixrac gömrük bəyannaməsində mal partiyasına dair malın ümumi invoys dəyəri fərqli bəyan edilmişdir. Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin direktoru X1 izahatı alınmış və o izahatında son dəfə Şri-Lankadan VV724PP/VVVV782V nömrəli nəqliyyat vasitəsilə gələn yüklər Bakı Baş Gömrük İdarəsində **********5528 saylı GB ilə bəyan edildiyini yüklərin şirkət tərəfindən sifariş edildiyini, sifarişin çəki ilə 11600 kq edildiyini həmin yüklərə görə yol pulu daxil olmaqla 57180 ABŞ dolları ödəniş ödənildiyini, çəki eyni olsa da qutu sayında fərq ola biləcəyini, mallar sifariş edilərkən hər kiloqramı üçün 4,80 ABŞ dolları ödənilməsinə dair sövdələşdiklərini Şri-Lankada göndərən şirkətlə əlaqə saxladıqlarını, onların texniki səhv olduğunu bildirərək düzəliş edərək yeni ixrac bəyannaməsi göndərdiklərini bu barədə məktub da təqdim etdiklərini, bu barədə gömrük əməkdaşı məlumat verdikdən sonra öyrəndiklərini, yenisini şirkətdən aldıqdan sonra sistemə əlavə etdiklərini, əlavə gömrük ödənişləri yarandığı təqdirdə ödəmək niyyətində olmadlıqlarını bildirmişdir. Faktiki yüklərin orta bazar qiymətinin və **********5528 sorğu nömrəli GB ilə ümumi gömrük dəyəri 103547 manat bəyan edilmiş və gömrük ödənişlərinin ümumi məbləği 32216,12 manat təşkil edən malların mövcud bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsı zərurəti yarandığından ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasını ekspertlərinə həvalə edilmiş və 3-33-1100/2-006769/2023 saylı xx.xx.2023-cü il tarixli və 3-33-1100/2- 006905/2023 nömrəli xx.xx.2023-cü il tarıxli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 3-16-16-2-9/5249/2023 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş çay yükünün xx.xx.2023-cü il tarixə ümumilikdə topdansatış orta bazar qiyməti təxminən 188900 manat, 3-16-16-2- 9/5387/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən **********5528 sorğu nömrəli gömrük bəyannaməsində ümumi gömrük dəyəri 103547 manat bəyan edilmiş və gömrük ödənişlərinin ümumi məbləği 32216,12 manat təşkil edən malların xx.xx.2023-cü il tarixə mövcud bazar qiyməti ümumilikdə təxmini 176492 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş rəylərə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********5528 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 12408 manat məbləğində malların dəyəri düzgün bəyan edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 inzibati xətanın təzə işçi tərəfindən səhv bəyannamə verməklə törədildiyini nəzərə alaraq hüquqi şəxs barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin 34/012/017155 nömrəli, 21xx.xx.2023-cü il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına xx.xx.2023-cü il tarixində VV724PP/VVVV782V nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5528 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 57180 ABŞ dolları qeyd edildiyi halda, təqdim edilmiş Şir-Lanka Dövlətinə aid ixrac gömrük bəyannaməsində mal partiyasına dair malın ümumi invoys dəyəri fərqli bəyan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 9/5249 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 188900,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli 9/5387 nömrəli ekspert rəyindən görünür ki, **********5528 nömrəli gömrük bəyannaməsində ümumi gömrük dəyəri 103547,00 manat bəyan edilmiş və gömrük ödənişlərinin ümumi məbləği 32216,12 manat təşkil edən mənşə ölkəsi Şri-Lanka olan “X5 X6” nişanlı qara çay yükünün hər biri 1 kq olmaqla 1050 qutunun, “X4 X7” nişanlı qara çay yükünün hər biri 1 kq olmaqla 2400 qutunun, “X5 X7” nişanlı qara çay yükünün hər biri 5 kq olmaqla 1000 qutunun, “X5 X7” nişanlı qara çay yükünün hər biri 500 qram olmaqla 2100 qutunun, “X5 X8” nişanlı qara çay yükünün hər biri 500 qram olmaqla 2100 qutunun, “X5 X8” nişanlı qara çay yükünün hər biri 1 kq olmaqla 1050 qutu malların xx.xx.2023-cü il tarixə mövcud bazar qiyməti ümumilikdə təxminən 176492,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan - ümumilikdə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50i, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 12408 (on iki min dörd yüz səkkiz) manat məbləğinin 30 (otuz) faizi məbləğində, yəni 3722,40 (üç min yeddi yüz iyirmi iki manat qırx qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərci olan - ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3675/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3675/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver