Məhkəmə qərarları › İş №3(006)-3678/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3678/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3678/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Surqut şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, ünvan 3 ünvanın həyətində N.Kərimzadə, E.Mikayılzadə və digər şəxslərlə qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X13 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X3 müraciəti əsasında ünvan 4 ünvanda Şəxs izahatı alınması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməklə tabesizlik etmişdir. Daha sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Həmçinin, Şəxs polis bölməsində nalayiq ifadələrinə davam edərək yenidən tabesizlik etmiş və bölmənin iş rejimini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın həyətində oturan zaman 21-ci PB-nin əməkdaşları ona Nihad Kərimzadənin, Eldar Mikayılzadənin və Ümid Məmmədovun şikayətləri olduğu üçün onlarla birlikdə bölməyə getməsini təklif etmişlər, lakin o, vəkilinə zəng edən zaman polislər ona mane olaraq avtopatrula mindirərək polis bölməsinə aparmşılar. Bölmədə olarkən polislər ona dediklərini yazdığı halda buraxacaqlarını bildirərək onu aldatmışlar. O, nə tabesizlik, nə də ki, nalayiq ifadələr işlətməmişdir. X2 və oğlu X9 ondan qisas almaq üçün ona şər atılmışdır. Belə ki, X1 oğlu X10 barəsində olan cinayət işi üzrə zərər çəkmiş şəxs olmuş və onlarla barışıq əldə etmədiyindən oğlu tutulmuşdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X11 zahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X3 müraciəti əsasında ünvan 4 ünvanda Şəxs izahatı alınması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməklə tabesizlik etmişdir. Daha sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Həmçinin, Şəxs Polis Bölməsində nalayiq ifadələrinə davam edərək yenidən tabesizlik etmiş və bölmənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Şəxs onu, ailəsini və bina sakinlərini mütəmadi olaraq yaşadıqları ünvanda nalayiq ifadələrlə söyərək təhqir edir. Şəxs bunu etməkdə məqsədi onu vurmağa sövq etməsidir. xx.xx.2023-cü il tarixdə də eyni əməllərinə davan etmiş, müraciəti əsasında Şəxs izahatı alınması üçün polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməklə tabesizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X12 və X2 şahid X9 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 müraciəti əsasında ünvan 4 ünvanda Şəxs izahatı alınması üçün Nəsimi RPİnin 21-ci PB-nə dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələr işlətməklə tabesizlik etmişdir. Daha sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən Bölməyə gətirilmişdir. Həmçinin, Şəxs Polis Bölməsində nalayiq ifadələrinə davam edərək yenidən tabesizlik etmiş və bölmənin iş rejimini pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Məmmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 10 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar