Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3683/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3, X1 iştirakları ilə, Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyi (bundan sonra BNA) tərəfindən Bakı şəhəri, S.Vurğun küçəsində quraşdırılmış stasionar kamera vasitəsi ilə çəkilmiş 11.10.2021-ci ildə tərəfindən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarının pozulması barədə inzibati xətanın törədilməsi haqqında məlumat mobil telefonuna müvafiq qaydada daxil olmuşdur. Bundan sonra “Asan Pay”-də olan elektron kabinetə daxil olaraq həmin qayda pozuntusu barədə ətraflı məlumat əldə edilmiş və məlum olmuşdur ki, İXM-nin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə sayılan və yolda quraşdırılmış stasionar kamera vasitəsi ilə qayda pozuntusu qeydə alınıb eyni tarixli barəsində İXM nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə elektron qərar qəbul edilərək elektron kabinetə yerləşdirilmişdir. Barəsində tərtib edilmiş elektron qərarın ləğv edilməsindən ötrü tərəfindən “Asan Pay” vasitəsi ilə şikayətlə 30.10.2021-ci il tarixdə BNA-ə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 122-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi infomasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxı rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin qərar mərkəzi informasiya sisteminin nüivafıq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Məcəllənin 122.5-ci maddəsinin 2-ci cümləsinə görə bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X4 inteqrasiya olunaraq, həmn texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibatı xətalar haqqında yalnız bu Məcəllənin 122.1-a maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İXM-nin 346.1.maddəsi ilə nəzərdə tutulan inzibati xəta pozuntusu isə həmin Məcəllənun 124.5 və 124.6-cı maddələrinə əsasən inzibati tənbeh vermə haqqında qərar yolda quraşdırılmış stasionar kameralar vasitəsi ilə deyil müvafiq əməkdaş tərəfindən operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq avtonəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Belə olan halda İXMnin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Lakin BNA-i edilmiş şikayətlə bağlı əsaslandırılmış qərar çıxarmaq əvəzinə müraciətinə dair müvafiq qərar qəbul etmədən “Asan Pay” vasitəsi ilə cavab verməklə kifayətlənmiş və bununla da İXM-nin 126-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxan səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bunu nəzərə alaraq 16.11.2021-ci ildə tərəflərindən yenidən şikayətlə BNA-müraciət edilərək işlə bağlı əsaslandırılmış qərarın qəbul edilməsi xahiş edilsə də, BNA-i yenidən qərar qəbul etmədən eyni formada eyni məzmunlu cavabı 18.11.2021-ci ildə onlara ünvanlayaraq təkrarən İXM-nin 126-cı maddəsinin tələblərini pozmuşdur. BNA-nin onlara ünvanladığı hər iki cavabında 11.11.2021-i il tarixli qərarın ləğv etməmə səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin 181 nömrəli 06.07.2018ci il tarixli Fərmanı əsas gətirilərək qeyd olunmuşdur ki, dayanma və durma qaydalarının pozulması hallan həm də X4 inteqrasiya olunmuş və yollara quraşdınlmış stasionar kameralar vasitəsi ilə də aşkar edilərək tərtib oluna bilər. Həmçinin bildirir ki, əvvəla Prezidendin 181 nömrəli 06.07.2018-ci il tarixli Fərmanının 1.1.-ci bəndində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin təkcə quraşdırılmasının BNA tərəfindən təmin edilməsi göstərilmiş və İXM-nə müddəalarına əsasən həmin texniki vasitələrlə yalnız həmin Məcəllənin 122.1.-ci maddəsində göstərilən inzibati xəta pozuntularının qeydə alınaraq elektron qərar tərtib olunması nəzərdə tutulmuşdur. İkincisi də, əgər Fərmanda dayanma durma qaydalarının pozulmasının bir başa stasionar kameralar vasitəsi ilə çəkilməsi nəzərdə tutulsaydı belə, yenə də bu İXM-nin 122.1-ci maddəsi ilə ziddiyyət təşkil edəcəkdir ki, bu halda da, İXM-nin müddəaları əsas götürülməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. “Normativ Hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.6.-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bundan əlavə baxmayaraq ki, qərardan qanuna müvafiq surətdə 20 gün ərzində şikayət etsələr də yuxarıda qeyd edilən qərann müvafiq icra hakimiyyətinin informasiya sistemində qanunsuz olaraq qüvvəyə minmiş kimi göstərilməsi qanunvericiliklə nəzərdə tutulmuş 10% güzəşt hüququndan onu məhrum edərək gələcəkdə də əsassız dəbbə pulunun hesablanmasına səbəb olacaqdır. Belə ki, İXM-nin 150.11-ci maddəsinə müvafiq olaraq yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərann qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 128.2.3-cü maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayəti yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilib inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq BNAnın 11.10.2021-ci il tarixli, ******* saylı elektron qərarı ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.C.Dadaşov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi K.S.Cəfərova izahatında göstərmişdir ki, şikayətçi C.C.Dadaşov tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, C.C.Dadaşov idarə etdiyi “Volkswagen Touareg” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində saat 15:57:59-dan 16:00:21-dək 3.27 nişanının təsir dairəsində saxlamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Beləliklə hesab edirik ki, Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. İXM-nin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmçinin bildirir ki, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəfimizdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddəsində göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Bundan başqa, qeyd edir ki, 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Göstərilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından C.C.Dadaşov tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, C.C.Dadaşov 11 oktyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində dayanma və durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, C.C.Dadaşov idarə etdiyi “Volkswagen Touareg” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində saat 15:57:59-dan 16:00:21-dək 3.27 nişanının təsir dairəsində saxlamışdır. İş materiallarında olan şikayətçi C.C.Dadaşov tərəfindən verilmiş müddəti bərpa ərizəsindən görünür ki, Bakı Nəqliyyat Agentliyi (bundan sonra BNA) qəbul etdiyi inzibati tənbeh vermə haqqında 11.10.2021-ci il tarixli elektron qərarından qanuna müvafiq surətdə və müddətdə 30.10.2021-ci il tarixində tərəflərindən şikayətlə Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə müvafiq olaraq yuxarı səlahiyyətli orqana, BNA-nə müraciət edilmişdir. Lakin BNA-i şikayətlə bağlı əsaslandırılmış qərar çıxarmaq əvəzinə müraciətlərinə dair müvafiq qərar qəbul etmədən “Asan Pay” vasitəsi ilə cavab verməklə kifayətlənmiş və bununla da İXMnin 126-cı maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbil edilir. Bunu nəzərə alaraq 16.11.2021-ci ildə tərəflərindən yenidən şikayətlə BNA-müraciət edilərək işlə bağlı əsaslandırılmış qərarın qəbul edilməsi xahiş edilsə də, BNA-i yenidən qərar qəbul etmədən eyni formada eyni məzmunlu cavabı 18.11.2021-ci ildə onlara ünvanlayaraq təkrarən İXM-nin 126-cı maddəsinin tələblərini pozmuşdur. Belə olan halda həmin qərardan tərəflərindən bir başa məhkəmə müraciət etmək qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq 11 oktyabr 2021-ci il tarixli qərardan şikayət vermə müddəti üzürlü səbəbdən buraxıldığı üçün bərpa edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, C.C.Dadaşov 11 oktyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində dayanma və durma qaydalarını pozaraq özünə məxsus “Volkswagen Touareg” minik markalı, **-HV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, C.C.Dadaşov Bakı Nəqliyyat Agentliyinin 11.10.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “Volkswagen Touareg” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. C.C.Dadaşov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntüdən də aydın olur ki, 11.10.2021-ci il tarixdə C.C.Dadaşovun idarə etdiyi “Volkswagen Touareg” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda C.C.Dadaşov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, C.C.Dadaşov Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslı olduğundan C.C.Dadaşov verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 11 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3683/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3683/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver