Məhkəmə qərarları › İş №3(006)-3687/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3687/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3687/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: “EDELVEİSS-A”MMC-nin nümayəndəsi Nümayəndə2 Asimovnanın iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küç., ev 71, m.12A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 196.000,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 Asimovna izahatında göstərdi ki, MMC “DAF XF 480 FT” markalı 5 ədəd yük avtomobilinin alqı-satqısına dair Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti ilə xx.xx.2022-ci il tarixdə müqavilə imzalamışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, İV-0243 saylı invoys əsasında 2 avtomobilin alınması üçün həmin şirkətin hesabına xx.xx.2022-ci il tarixdə 196.000,00 Avro məbləğində pul göndərilmişdir. “AG Rubin Group EOOD” şirkəti sifariş verilmiş bu 2 avtomobili qısa müddət ərzində göndərəcəyini bildirsə də, bir müddət sonra beynəlxalq yük daşımda bəzi ləngimələrin olduğunu deyərək məsələni 2022-ci ilin sonuna kimi həll edəcəyini söyləmişdir. Lakin bu müddət bitəndən sonra da avtomobillər göndərilməmiş və MMC həmin şirkətlə əlaqə qurub məsələni aydınlaşdırmaq istəmişdir. Ancaq bu bir nəticə verməmiş, qarşı tərəflə əlaqə yaratmaq mümkün olmamışdır. MMC də aldadılğını başa düşüb işin hüquq çərçivəsində həll olunması üçün Almaniyada fəaliyyət göstərən vəkil ilə müqavilə bağlamışdır. Həmin vəkil də cinayət faktı ilə bağlı polisə müraciət etmişdir. Məsələ ilə bağlı hazırda Almaniyada araşdırma aparılır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: • "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə 196.000,00 Avro dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; • Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, 128/0722/42 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli, İV-0243 saylı invoys əsasında xx.xx.2022-ci il tarixdə 196.000,00 Avro pul göndərilmişdir; • Şəxs MMC ilə Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti arasında “DAF XF 480 FT” markalı 5 ədəd yük avtomobilinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 128/0722/42 saylı müqavilə imzalanmışdır; • “AG Rubin Group EOOD” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İV-0243 saylı invoysa əsasən 1 ədəd “DAF XF 480 FT” markalı yük avtomobilinin qiyməti 98.000,00 Avro, 5 ədədinin ümumi qiyməti 490.000,00 Avro təşkil edir; • Şəxs MMC ilə Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən vəkil Vadim Qofştandla xx.xx.2023-cü il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır; • Almaniyanın Şlezviq-Holşteyn Polis İdarəsinin Lübek şəhərinin 4-cü polis şöbəsinin polis əməkdaşı R.Parulin tərəfindən Vg/83719/2023 saylı iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin törədilməsi barədə” ərizədən görünür ki, zərər çəkən Şəxs MMC xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 263-cü paraqrafının 5-ci maddəsi üzrə (dəstə şəklində dələduzluq) müraciət edib və cinayətin aləti kimi hər birinin dəyəri 98.000,00 Avro təşkil edən 5 ədəd “DAF XF 480 FT” markalı yük avtomobili göstərilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC “DAF XF 480 FT” markalı 5 ədəd yük avtomobilinin alqı-satqısına dair Almaniyada fəaliyyət göstərən “AG Rubin Group EOOD” şirkəti ilə xx.xx.2022-ci il tarixdə müqavilə imzalamışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2022-ci il tarixli, İV-0243 saylı invoys əsasında 2 avtomobilin alınması üçün həmin şirkətin hesabına xx.xx.2022-ci il tarixdə 196.000,00 Avro məbləğində pul göndərilmişdir. Lakin, “AG Rubin Group EOOD” şirkəti sifariş verilmiş bu 2 avtomobili müəyyən edilmiş vaxt ərzində göndərmədiyindən MMC aldadılğını başa düşüb işin hüquq çərçivəsində həll olunması üçün Almaniyada fəaliyyət göstərən vəkil ilə müqavilə bağlamış, sonuncu da dələduzluq cinayəti ilə bağlı polisə müraciət etmiş, bu barədə də Almaniyanın Şlezviq- Holşteyn Polis İdarəsinin Lübek şəhərinin 4-cü polis şöbəsində də müvafiq araşdırma aparılır. Göründüyü kimi, ”EDELVEİSS-A” MMC tərəfindən xaricdə sifariş verilmiş malların vaxtında gətirilməməsi bu qurumun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar