Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3695/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 64; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01962/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01962/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-/3-1-020090/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə və MN seriyalı ********* nömrəli vəsiqəsinə müvafiq olaraq Bakı Baş Gömrük İdarəsində 2018-2022-ci illəri əhatə edən dövrdə aparılmış yoxlamanın nəticələrinə əsasən "xxxx" MMC-nin ünvanına 2020-ci ildə idxal olunan mallara tərtib edilmiş **********9843 sorğu nömrəli gömrük bəyannaməsində imtiyaz kodu səhv bəyan edilmişdir. Belə ki, sözügedən gömrük bəyannaməsi üzrə təqdim edilmiş CT-1 formalı mənşə sertifikatının 4-cü qrafasında yükün Moldova Respublikasına təqdim edilməsi haqqında qeyd olmasına baxmayaraq mallara “Azad ticarət-210” imtiyaz kodu tətbiq edilməklə idxal gömrük rüsumu hesablanmadan gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Qeyd edirlər ki sözügedən gömrük bəyannaməsində yaranmış pozuntu üzrə hesablanmış ümumilikdə 4550.69 manat (2825.29 manat idxal rüsumu, 508.54 manat əlavə dəyər Vergisi və 1216.86 manat dəbbə pulu) məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi ilə bağlı "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixli 1400- 012/0xx-xx/005211 nömrəli məktub göndərilmişdir. Müəssisə məktuba cavab olaraq Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət edərək Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının elektron portalında CT-1 formalı mənşə sertifikatının müvafiq qrafalarına düzəliş edildiyini bildirmiş və sertifikatın nüsxəsini məktuba əlavə etmişdir. Bildirirlər ki, elektron portalda (https://verification.tpprf.ru/search/st1) təqdim edilmiş CT-1 sertifikatı yoxlanılmış və sertifikatın nömrəsinə və eləcə də 4-cü qrafada yükün “Azərbaycan Respublikasına” təqdim edilməsi üçün verilməsinə dair düzəliş edilməsi digər məlumatların isə sertifikatda qeyd edilən məlumatlarla eynilik təşkil edilməsi müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3-33-/3-1- 020090/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə və MN seriyalı ********* nömrəli vəsiqəsinə müvafiq olaraq Bakı Baş Gömrük İdarəsində 2018-2022-ci illəri əhatə edən dövrdə aparılmış yoxlamanın nəticələrinə əsasən "xxxx" MMC-nin ünvanına 2020-ci ildə idxal olunan mallara tərtib edilmiş **********9843 sorğu nömrəli gömrük bəyannaməsində imtiyaz kodu səhv bəyan edilmişdir. Belə ki, sözügedən gömrük bəyannaməsi üzrə təqdim edilmiş CT-1 formalı mənşə sertifikatının 4-cü qrafasında yükün Moldova Respublikasına təqdim edilməsi haqqında qeyd olmasına baxmayaraq mallara “Azad ticarət-210” imtiyaz kodu tətbiq edilməklə idxal gömrük rüsumu hesablanmadan gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Qeyd edirlər ki sözügedən gömrük bəyannaməsində yaranmış pozuntu üzrə hesablanmış ümumilikdə 4550.69 manat (2825.29 manat idxal rüsumu, 508.54 manat əlavə dəyər Vergisi və 1216.86 manat dəbbə pulu) məbləğində vəsaitin tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi ilə bağlı "xxxx" MMC-nin ünvanına xx.xx.2023-cü il tarixli 1400-012/0xx-xx/005211 nömrəli məktub göndərilmişdir. Müəssisə məktuba cavab olaraq Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət edərək Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının elektron portalında CT-1 formalı mənşə sertifikatının müvafiq qrafalarına düzəliş edildiyini bildirmiş və sertifikatın nüsxəsini məktuba əlavə etmişdir. Bildirirlər ki, elektron portalda (https://verification.tpprf.ru/search/st1) təqdim edilmiş CT-1 sertifikatı yoxlanılmış və sertifikatın nömrəsinə və eləcə də 4-cü qrafada yükün “Azərbaycan Respublikasına” təqdim edilməsi üçün verilməsinə dair düzəliş edilməsi digər məlumatların isə sertifikatda qeyd edilən məlumatlarla eynilik təşkil edilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********9843 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, bəyannamənin 2-ci qrafasında malı göndərən Rusiya Federasiyasında yerləşən OOO “AREDO” şirkəti göstərilmişdir. İş materiallarında olan CT-1 formalı mənşə sertifikatının 4-cü qrafasından görünür ki, Moldova Respublikasına təqdim edilməsi göstərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Lakin inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2020-ci il tarixindən hazıradək bir ildən artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3695/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3695/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver