Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3699/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarında əldə edərək üzərində gəzdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə günün birinci yarısında "Saray qəsəbəsi" adlanan ərazidən ilk dəfə gördüyü, adını Ələkbər kimi bildiyi şəxsdən 40 (qırx) manata şəxsi istifadəsi üçün marixuana almışdır. xx.xx.2020-ci il tarixində özünü yorğun hiss etmiş, həmçinin Rəşid Behbudov küçəsi ilə A.Bakıxanov küçəsi istiqamətində özünə məxsus olan “KİA Cerato” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedərkən polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikən sonra onunla birgə 21-ci PB-nə getməyini bildirmişdir. Beləliklə də, o, polisin qanuni tələblərinə tabe olub, birgə PB-nə gəlmişdir. PB-də olduqları zaman üzərinə çəkilişlə baxış keçirilmişdir. Bundan sonra baxış zamanı ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərində "X12 Azerbaijan" yazılmış ağ rəngli kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə geyindiyi qara rəngli gödəkçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra ona qara rəngli şalvar kəmərini açmağı təklif edilmiş, həmçinin tünd göy rəngli cins şalvarına baxılması tələb olunmuş, o, şalvar kəmərini çıxaranda kəmərin, həmçinin şalvarın sağ, sol və arxa ciblərinin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadığı müəyyən olunmuşdur. Daha sonra isə ondan qara rəngli ayaqqabılarını çıxarmağı tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirərək və iştirakçılar tərəfindən baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabını geyinməyi və üst-başını səliqəyə salmağı bildirilmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş "X12 Azerbaijan" yazılmış ağ rəngli kibrit qutusunu açmağı təklif olunmuş və o, qabı açdıqda içərisində qurudulmuş ota bənzər maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş maddənin nə olduğu soruşulduqda, həmin maddənin “marixuana” olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edilmiş, o, isə narkotik vasitə olan marixuananı Sumqayıt şəhəri, Saray qəsəbəsində tanımadığı ancaq adını Ələkbər kimi bildiyi şəxsdən 40 (qırx) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi problemləri olduğu üçün narkotik vasitəni əldə edərək istifadə etmək istəmiş, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə edə bilməmişdir. Heç vaxt narkotik vasitə qəbul etməmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkotik vasitənin aludəçisi olmadığını bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 21-ci PB-nin sahə inspektoru X7 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində vətəndaş Şəxs hərbi vəziyyət rejimi ilə əlaqədar xx.xx.2020-ci il tarixində Nəsimi rayonu, R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsində qurulmuş 6 saylı stasionar postda saxlanılaraq, Nəsimi RPİ-nin 21-ci PB-yə saat 01:05 radələrində gətirilmiş və sonuncunun üstündə cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan edilmiş hər hansı bir əşya, eləcədə narkotik vasitə olması güman edildiyindən şəxsi axtarış keçirilib, barəsində qanuni tədbir görülməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nin rəhbərliyinə raportla müraciət edilmişdir. xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olan, evli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 2 saylı ünvanda qeydiyyatla yaşayan vətəndaş Şəxs üzərinə şəxsi baxış keçirilməsi ilə əlaqədar 21-ci PB-nin xidməti otağına dəvət olunmuş və şəxsi axtarış və götürmənin aparılmasında Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X8, Nəsimi RPİ-nin PPXB-nin, polis serjantı X3, Nəsimi RPİ-nin KTQ-nun inspektor krimnalisti X2 və barəsində istintaq hərəkəti aparılan şəxs, AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs iştirak etmişdir. Baxış zamanı vətəndaş Şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən üzərində "X12 Azerbaijan" yazılmış ağ rəngli kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qara rəngli gödəkçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra Şəxs qara rəngli şalvar kəmərini açması, həmçinin tünd göy rəngli cins şalvarına baxılması tələb olunmuş, o, şalvar kəmərini çıxaranda kəmərin, həmçinin şalvarın sağ, sol və arxa ciblərinin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Şəxs qara rəngli ayaqqabılarını çıxarması tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Şəxs üzərindən aşkar edilmiş "X12 Azerbaijan" yazılmış ağ rəngli kibrit qutusunu açmaq təklif olunmuş və o, qabı açdıqda içərisində qurudulmuş ota bənzər maddə aşkar edilmişdir. Şəxs aşkar edilmiş maddənin nə olduğu soruşulduqda o, həmin maddənin “marixuana” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, həmin şəxs narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Saray qəsəbəsində tanımadığı ancaq adını Ələkbər kimi bildiyi şəxsdən 40 (qırx) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq Nəsimi RPİ-nin 21-ci PB-nin “189” saylı arayışlar üçün möhürü ilə möhürlənmişdir. Bu barədə müfaviq protokol tərtib edilmiş və protokolun düzgünlüyü şübhəli şəxs, kriminalist və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və ekspertizanın 7/761 saylı xx.xx.2020-ci tarixli rəyində qeyd olunmuşdur ki, şəxsin üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,588 qram kustar üsulla hazırlanmış qurudulmuş ot olan narkotik vasitə marixuanadır. Həmçinin Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmaması ilə bağlı məhkəmə narkoloji ekspertizası təyin olunmuş və cavabında Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. Aparılmış təhqiqat nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx xxxxxxx 2020-ci il tarixli, 3030 saylı rəydən görünür ki, Şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Məhkəmə Tibbi Ekspertizasının 7/761 saylı xx.xx.2020-ci tarixli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli........ Sadlqov Nahid . ” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,588 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş ot olan narkotik vasitə marixuanadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki,Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X7 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3699/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3699/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver