Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3699/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Kermur” ixtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X3 iştirakları ilə, xx xxxxxxx 1953-cü ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan və inzibati xəta haqqında 13 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinə müraciət edərək Şəxs tərəfindən döyülərək xəsarət almasını bildirmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 13 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, oğlu Akif Əliverdiyev 2024-cü ildə Lalə Əliverdiyevadan boşandıqdan sonra sonuncunun onunla və həyat yoldaşı Zərifə Əliverdiyeva ilə mübahisələri yaranmışdır. O və Zərifə Əliverdiyeva keçmiş gəlini Lalə Əliverdiyeva və onun iki övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən bir həyətdə olan evlərdə yaşayır. 25 mart 2025-ci il tarixdə o həyətdə olarkən Lalə Əliverdiyevanın heç bir əsas olmadan onların evə giriş-çıxışına mane olmaq üçün evə giriş kilidini dəyişdiyini görmüşdür. Buna görə də, o və Zərifə Əliverdiyeva buna mane olmağa çalışmış və qeyd olunan açarları geri tələb etmişlər. X4rla mübahisə etmiş və səs-küy yaratmışdır. Hətta həmin vaxt Lalə Əliverdiyeva və oğlu Elnur Əliverdiyev onların üzərinə gəlmiş və onu itələmişdir. O və Zərifə Əliverdiyeva zərərçəkmiş şəxs hesab edilən Lalə Əliverdiyevaya xəsarət yetirməmişdir. Daha sonra Lalə Əliverdiyeva 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan başqa, hadisəni özündə əks etdirən videogörüntüdəndə aydın görünür ki, o və Zərifə Əliverdiyeva tərəfindən Lalə Əliverdiyevaya hər hansı xəsarət yetirilməmişdir. Göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, o və Akif Əliverdiyev arasında olan nikah pozulduqdan sonra keçmiş qayanası və qaynatası ilə mübahisələri yaranmışdır. O və iki övladı keçmiş qaynatası və qaynanası ilə birlikdə ünvan 1 ünvanında yerləşən bir həyətdə olan evlərdə yaşayır. 25 mart 2025-ci il tarixdə, saat 12-13 radələrində Zərifə Əliverdiyeva və Şəxs onun özünə məxsus evin giriş qapısının kilidini dəyişməsinə etiraz edərək onun üzərinə hücum çəkmiş və fiziki zor tətbiq edərək açarları əlindən almışlar. Həmin vaxt, o, qolundan xəsarət almış və bundan sonra polis şöbəsinə müraciət etmişdir. Odur ki o, Şəxs qarşı şikayətçi məhkəmədən onun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X8 13 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini bildirmiş və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Kənan Hüseynov tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Kənan Hüseynov tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 405 saylı rəyində göstərilmişdir ki, X1 bədən səthində aşkar olunmuş xəsarət-sol dirsək oynağı və sol said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir-iki gün əvvələ, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur; Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə inspektoru X8 tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X2 25 mart 2025-ci il tarixində Şəxs tərəfindən döyülmüşdür; 25 mart 2025-ci il tarixdə baş vermiş hadisəni özündə əks etdirən CD diskdən görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Kənan Hüseynov tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və inzibati xəta haqqında protokolda qeyd olunanlar öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3699/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3699/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver