Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-371/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Qərarından şikayət verilən orqan: X12 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakları ilə "xxxx" QSC-nin baş direktoru X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" QSC-nin baş direktoru X8 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətininin Bakı şəhəri İdarəsinin 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, aşağıdakılara görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X7 tərəfindən "xxxx" QSC-nin baş direktoru kimi guya onun İnzibati Xatalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 29 dekabr 2023-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun tərtibi barədə toplanmış materiallardan görünür ki, X9 ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdə onun "xxxx" QSC-yə nəzarətçi vəzifəsinə qəbul edilməsi barədə dörd ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin “bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi dörd dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsinin 1-ci hissəsi rəhbər tutularaq (əmək müqaviləsinin müddətinin qurtarması) X9 ilə bağlanmış 10 mart 2022-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fərid Bağırovun 16 noyabr 2023-cü il tarixli, 3-17-5/2- 46069/2023 nömrəli məktubuna əsasən "xxxx" QSC tərəfindən X4 barəsində tələb olunan sənədlər, o cümlədən, onun 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə iş davamiyyətini əks etdirən tabellər idarəyə təqdim edilmişdir. X1 02, 03, 04 may 2023-cü il tarixlərdə, 26, 27, 28 iyul 2023-cü il tarixlərdə, 06, 07, 08 noyabr 2023-cü il tarixlərdə işə çıxmadığı və həmin tarixlərlə bağlı “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni mühasibatlığa təqdim etməsinə və həmin vərəqələrə əsasən 2023-cü ilin may ayı və digər ayları üçün ona əmək haqqı hesablanmasına baxmayaraq, tabellərin tərtibinə məsul şəxsin ona tapşırılan vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar N.Kərimzadə barəsində 2023-cü ilin may, iyul, noyabr ayları ilə bağlı tərtib edilmiş tabellərdə onun əmək qabiliyyətinin olmaması günləri əks olunmamışdır. Bu səbəbdən "xxxx" QSC-də tabellərin tərtibinə cavabdeh məsul şəxsə ona tapşırılan vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 62-ci bəndinə görə X4 5 (beş) il sosial sığorta stajı olduğundan ona qazancının 60 faizi miqdarında əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət verilmiş və bu səbəbdən ona 2023-cü ilin may ayında hesablanan əmək haqqı ilə həmin ilin digər ayları üzrə hesablanmış əmək haqqları arasında azacıq fərq yaranmışdır. X4 2023-cü ilin may ayı üçün əmək haqqı dəqiq hesablanmış və ödənilmiş, ona heç bir ziyan dəyməmiş, əksinə ona həmin aya görə əmək haqqı artıqlaması ilə hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X7 tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi barədə 29 dekabr 2023-cü il tarixdə MN № ******* nömrəli İnzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X7 "xxxx" QSC-nin baş direktoru kimi onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməyi barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “X4 2023-cü ilin may ayının əmək haqqının az ödənildiyi məlum olmuşdur. Nəticə də AR ƏM-nin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur” məzmunu anlaşılmayan ifadələri və rəqəmləri protokola daxil etmək məcburiyyətində qalmışdır. Bu protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasının məzmunundan göründüyü kimi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol vgyilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi dedikdə qanunverici iki alternativ pozuntunun, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına eyni zamanda yol verilməsini nəzərdə tutur. Çünki həmin ifadələr qanunvericinin alternativ hüquq pozuntusu kimi müəyyən etdiyi “və ya” ifadəsi ilə bir-birindən ayrılmamış, əksinə “və” birləşdirici bağlayıcısı vasitəsi ilə həmin hərəkətlərin hər ikisinin törədilməsi tələbi təsbit edilmişdir. Həmçinin qanunverici həmin maddənin dispozisiyasına “riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla” ifadəsini daxil etməklə bir daha işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin düzgün hesablanmamasına və ödənilməməsinə görə işçiyə maddi ziyan vurulmasını nəzərə alaraq belə pozuntunu inzibati xəta kimi qiymətləndirmişdir. Beləliklə, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi kimi hər iki halın, yəni hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi hallarının birlikdə mövcud olması faktı müəyyən edilməlidir. Həmin protokolunda “müəyyən edildi” hissəsində: “X4 2023-cü ilin may ayının əmək haqqının az ödənildiyi məlum olmuşdur, Nəticədə AR ƏM-nin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur” göstərilmiş, həmin maddə ilə nəzərdə tutulan inzibati xəta hadisəsinin baş verməsi üçün işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi halları aşkar edilməmişdir. X1 02, 03, 04 may 2023-cü il tarixlərdə, 26, 27, 28 iyul 2023-cü il tarixlərdə, 06, 07, 08 noyabr 2023-cü il tarixlərdə işə çıxmadığı və həmin tarixlərlə bağlı “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni mühasibatlığa təqdim etməsinə və həmin vərəqələrə əsasən 2023-cü ilin may ayı və digər ayları üçün ona əmək haqqı hesablanmasına baxmayaraq, tabellərin tərtibinə məsul şəxsin ona tapşırılan vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar N.Kərimzadə barəsində 2023-cü ilin may, iyul, noyabr ayları ilə əlaqədar tərtib edilmiş tabellərdə onun əmək qabiliyyətinin olmaması günləri əks olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında ösasnamə”nin 62-ci bəndinə görə X4 05 il sosial sığorta stajı olduğundan ona qazancının 60 faizi miqdarında əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinət verilmiş və bu səbəbdən ona 2023-cü ilin may ayında hesablanan əmək haqqı ilə həmin ilin digər ayları üzrə hesablanmış əmək haqqları arasında azacıq fərq yaranmış və bu əmək haqqının qanuni hesablanması nəticəsində X6 heç bir ziyan dəyməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X7 tərəfindən X4 şikayəti üzrə araşdırma aparılarkən onun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla heç bir qanun pozuntularına yol verilməsi halları aşkar edilmədiyi halda, bununla da İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olmadığı halda, "xxxx" QSC-nin baş direktoru kimi guya onun barəsində protokol tərtib edilmiş və həmin protokola əsasən o, qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1.000 manat cərimə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X11 izahatında göstərdi ki, X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək "xxxx" QSC-nin kadrlar şöbəsinin müdiri Margit Boloton, şirkətin direktoru Rüstəm Gərəkməzli və tabe olduğu Zaur Aslanovun Azərbaycan Respublikasının müvafiq məcəllələri ilə məsuliyyətə cəlb olunmağını və ona ödənməli olan bütün vəsaitin tam olaraq ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Bununla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X9 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə isə həmin Məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edilmiş, 2023-cü ilin may ayının əmək haqqı Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq az ödənilmişdir. Bu qanun pozuntularına yol verildiyi üçün "xxxx" QSC-nin baş direktoru X8 Xidmətin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə olunmuşdur. Şikayətin rədd olunmasını xahiş etdi. Təxirə salınmış məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-də işləyir. İşlədiyi dövr ərzində bütün işçilərə haqsızlıq edilmişdir. O, əmək müqaviləsinin bir nüsxəsini istədikdə ona bildirilmişdir ki, rəhbərliyin göstərişi ilə əmək müqaviləsi heç kimə verilmir. O, audit vəzifəsi ilə işə qəbul edildiyinə baxmayaraq elektron sistemdə nəzarətçi olduğunu aşkar etmişdir. Bununla bağlı tabe olduğu şəxs Teymur Oruc bildirmişdir ki, sistemdə problem var, düzələcək, ona audit kimi işlədiyi barədə əlavə sənəd də veriləcəkdir. Buna inanaraq o, işinə davam etmişdir. O, istehsalatda işlədiyi üçün həddən artıq əlavə iş saatına qalmışdır. Teymur Oruc onun etirazına baxmayaraq ona artıq saat əvəzinə bir neçə dəfə istirahət vermiş, halbuki qadağandır. Əlavə olaraq 2023-cü ilin sentyabr ayının 14-də 02 saat, 15-də 02 saat 24 dəqiqə, 16-da isə 03 saat 27 dəqiqə onunla birlikdə yığım şöbəsi ilə birlikdə əlavə iş saatına cəlb edilmişlər. Lakin işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan artıq işə cəlb edilə bilməz. Müəssisədə “Fingerprint” sistemi olduğu üçün bütün barmaq izləri qeydə alınır. Məzuniyyət pulları hər dəfə gecikmə və fərqli rəqəmlərlə karta yüklənirdi. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə gəlmiş və əvəzində heç nə hesablanmamış, etiraz etdikdə isə kadrlar şöbəsinin qapısı göstərilmişdir. Teymur Oruc getdikdən sonra yerinə gələn Zaur Aslanov artıq saatların əvəzinə nəinki istirahət vermək ona hədə-qorxu gələrək işdən çıxmağını tələb etmiş, o, işdən çıxmayacağını bildirdikdə isə onu rəhbərliklə qorxutmuşdur. Bütün ödənişlər düzgün müəyyən edilməməklə, habelə əsassız və qanunsuz olaraq verməməklə ona ciddi ziyan vurulmuşdur. Əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən onun sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəlik göstərilməmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini, eləcə də, onu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmiş və bu barədə müvafiq məlumatlar müqavilədə göstərilməmişdir. Bundan başqa, sexdə 18 yaşdan aşağı işçilər əlavə saata qalmaqla yanaşı, gecə növbəsinə də göndərilmişdir. Anbar əməkdaşları yük maşınlarından palet dolu yeşikləri əlləri ilə boşaldırlar. Onda bu faktı təsdiq edən videogörüntülər də mövcuddur. xx.xx.2023-cü il tarixdə onu müqavilənin müddətinin bitməsi bəhanəsi ilə işdən azad etmişlər. Qeyd olunan xüsusatları nəzərə alaraq "xxxx" QSC-nin kadrlar şöbəsinin müdiri Margit Boloton, şirkətin direktoru Rüstəm Gərəkməzli və tabe olduğu Zaur Aslanovun Azərbaycan Respublikasının müvafiq məcəllələri ilə məsuliyyətə cəlb olunmağını və ona ödənməli olan bütün vəsaitin tam olaraq ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edildiyindən, həmçinin xx.xx.2023-cü il tarixdə isə həmin Məcəllənin 108-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edildiyindən, habelə 2023-cü ilin may ayının əmək haqqı Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq az ödənildiyindən "xxxx" QSC-nin baş direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir; • Çıxarışdan aydın olur ki, "xxxx" QSC tərəfindən X6 488,48 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci hissəsinə görə gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmin Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Bu maddənin 2-ci hissəsinə görə altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Beləliklə məhkəmədə müəyyən edilir ki, X9 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edildiyinə, həmçinin xx.xx.2023-cü il tarixdə isə həmin Məcəllənin 108ci maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq artıq iş saatına cəlb edildiyinə, habelə 2023-cü ilin may ayının əmək haqqı Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq az ödənildiyinə görə X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" QSC-nin baş direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarda işə baxılarkən bu nəticəyə hansı əsaslarla gəlindiyi və göstərilmiş halların hansı mötəbər dəlillərlə müəyyən olunduğu göstərilməmiş, şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddi olan 700 manat məbləğin deyil, məhz 1.000 manat məbləğin tətbiq olunmasının səbəbləri əsaslandırılmamışdır. Bununla da aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Bu Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-371/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-371/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver