Məhkəmə qərarları › İş №3(006)-3710/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3710/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3710/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu X1 tərtib etmiş şəxs: Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 Zərər çəkmiş şəxs və onun qanuni Zərərçəkmiş şəxs2 nümayəndəsi: Qanuni nümayəndə Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2002-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 30.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 15.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən “50 qəpik” çay evində Zərərçəkmiş şəxs3 məxsus 300 manat dəyərində “Redmi 9” markalı, 17.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Türkaz” adlı kafedə Zərərçəkmiş şəxs4 məxsus 300 manat dəyərində “Samsung A52” markalı, 18.11.2021-ci il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs1 məxsus 450 manat dəyərində “Samsung A32” markalı, 25.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Revanş” restoranında Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində “Samsung A22” markalı mobil telefon aparatlarını dələduzluq yolu ilə ələ keçirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs 15.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən “50 qəpik” çay evində Zərərçəkmiş şəxs3 məxsus 300 manat dəyərində “Redmi 9” markalı, 17.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Türkaz” adlı kafedə Zərərçəkmiş şəxs4 məxsus 300 manat dəyərində “Samsung A52” markalı, 18.11.2021-ci il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs1 məxsus 450 manat dəyərində “Samsung A32” markalı, 25.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Revanş” restoranında Zərərçəkmiş şəxs2 məxsus 400 manat dəyərində “Samsung A22” markalı mobil telefon aparatlarını dələduzluq yolu ilə ələ keçirmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından barəsində 25, 27, 29 noyabr 2021-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmiş və barəsində aparılan hər dörd inzibati iş üzrə icraat bir icraatda birləşdirilməklə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən Azərbaycan Dövlət Dillər Universitetinin qarşısında olarkən tanımadığı bir nəfər şəxs yaxınlaşıb onu axtardığını söyləmiş və yaxınılıqdakı kafedə çay içməyə dəvət etmişdir. O da adını sonradan bildiyi Şəxsla həmin ərazidə olan “50 qəpik” çay evində oturub çay içmiş, sonuncu öz telefonunda danışıq kartı olmadığını söyləyib zəng etmək adı ilə onun “Redmi 9” markalı mobil telefonunu götürmüşdür. Eltun kafenin aşağı mərtəbəsində onun telefonu ilə danışmağa başlamış, bir neçə dəqiqə sonra oradan çıxıb getmişdir. Eltunun onun telefonun ələ keçirib qaçdığını anlamış, hadisə nəticəsində ona 300 manat ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, o, 17.11.2021-ci il tarixdə, saat 13:50 radələrində Azərbaycan Respublikası Mərkəzi Bankının yaxınlığında olarkən bir nəfər yaxınlaşıb adının Eltun olduğunu, onunla danışmaq istədiyini bildirmiş və birlikdə həmin ərazidə olan “Türkaz” adlı kafeyə getmişlər. Orada bir qədər söhbət etdikdən sonra Eltun zəng etmək adı ilə ondan mobil telefonunu götürmüşdür. Eltun onun 300 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu alıb çölə çıxmış, sonradan geri qayıtmamışdır. O da Eltunun onun telefonunu ələ keçirib qaçdığını anlamışdır. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 18.11.2021-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanda yerləşən “Life” oteldə tanışı “Edik” ləqəbli Eltun danışmaq adı ilə onu aldadıb 450 manat dəyərində “Samsung A32” markalı telefonunu götürüb getmişdir. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 25.11.2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzinin yaxınlığında olarkən tanımadığı bir nəfər özünü Eltun kimi təqdim edib ona yaxınlaşaraq söhbət etmək istədiyini bildirmişdir. O da Eltunla həmin ərazidə olan “Revanş” adlı restoranda oturub söhbət edərkən sonuncu ondan danışmaq adı ilə mobil telefonunu istəmişdir. Eltun onun 400 manat dəyərində “Samsung A22” markalı mobil telefonunu götürüb restorandan çölə çıxmış, sonradan geri qayıtmamışdır. Sonra Eltunu tapa bilmədikdə onu aldadıb telefonunu ələ keçirdiyini anlamışdır. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 15.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən “50 qəpik” çay evində Zərərçəkmiş şəxs3 məxsus “Redmi 9” markalı, 17.11.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Türkaz” adlı kafedə Zərərçəkmiş şəxs4 məxsus “Samsung A52” markalı, 18.11.2021-ci il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs1 məxsus “Samsung A32” markalı, 25.11.2021ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Revanş” restoranında Zərərçəkmiş şəxs2 məxsus “Samsung A22” markalı mobil telefon aparatlarını dələduzluq yolu ilə ələ keçirmişdir. Ələ keçirdiyi telefonları metronun “20 Yanvar” stansiyasının yaxınlığında satıb aldığı pulla borclarını bağlamışdır. Əməllərindən peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bu Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29.11.2021-ci il tarixdə, saat 02:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 noyabr 2021-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar