Məhkəmə qərarları › İş №3(006)-3719/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3719/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3719/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan “GELECEK ORQANİK GİDA SANAYİ hüquqi şəxsin nümayəndəsi: TİCARET LİMİTED ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 oğlunun iştirakları ilə “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 15, mənzil 10; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı 66.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitdən 37.138,67 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 izahatında göstərdi ki, filial ilə Türkiyə Respublikasının rezidenti olan “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti arasında xx.xx.2022-ci il tarixli, 2020-44 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hər növ üzvi-təbii-ekoloji qida məhsullarını almaq, satmaq, idxal etmək və ixrac etmək və istifadə materillarını tədarük etmək xidmətini “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti öz üzərinə götürmüşdür. Bundan sonra “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti müxtəlif vaxtlarda və dəyərdə filiala mallar göndərmişdir. “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti həmin malların Türkiyə Respublikasında tədarükü edilməsi xidmətilə bağlı 2021-2022-ci illər üzrə xx.xx.2023-cü il tarixli, 14062023/2023 nömrəli hesab-faktura (invoys) tərtib etmişdir. Filialın sözügedən invoys üzrə 28.275 ABŞ dolları “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkətinə borcu yaranmışdır. Tərəflər xx.xx.2021-ci il tarixdə ödənmiş avans olan 66.000 ABŞ dolları 28.275 ABŞ dolları üzrə əvəzləşdirmişlər. Ümumilikdə “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkətinə xx.xx.2021-ci il tarixdə ödənmiş 66.000 ABŞ dolları məbləğin qarşılığı olaraq 28.861,33 ABŞ dolları dəyərində mal idxal edilmiş, 28.275 ABŞ dolları dəyərində xidmətlər göstərilmiş və 8.863,67 ABŞ dolları dəyəri mal (xidmət) göndərilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 66.000,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsaitdən 37.138,67 ABŞ dolları dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Türkiyədə fəaliyyət göstərən “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkətinin hesabına xx.xx.2020-ci il tarixli, 2020-44 saylı müqavilə ilə bağlı xx.xx.2021-ci il tarixli, 27072021/2021 saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2021-ci il tarixdə 66.000,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti tərəfidən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 27072021/2021 saylı invoysda “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialına göndəriləcək ət və quş məhsulları qeyd olunaraq onların ümumi dəyəri 85.000,03 ABŞ dolları göstərilir; • “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti arasında xx.xx.2020-ci il tarixli, 2020- 44 saylı müqavilə imzalanmışdır. Müqaviləyə görə: Satıcı (“GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti) bu Müqavilənin şərtləri ilə məhsulları (bundan sonra malları), hər növ üzvi-təbii-ekoloji qida məhsulları almaq, satmaq, idxal etmək və ixrac etmək, onların istifadə materiallarını tədarük etməyi, Alıcı (“GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı) isə onları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür (1.1-ci bənd); tədarük olunan malın adı (çeşidi), miqdarı (həcmi), nişan və modeli, qiyməti (dəyəri) Satıcı tərəfindən hər bir mal partiyası üçün Alıcının ünvanına göndərdiyi hesab-fakturalarda göstərilir (1.2-ci bənd). Müqavilənin dəyəri 500.000,00 ABŞ dollarıdır; • “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti ilə “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı arasında olan xx.xx.2023-cü il tarixli razılaşmada qeyd olunur ki, alıcı tərəfindən satıcıya ödənilmiş xx.xx.2021-ci il tarixdə 66.000 ABŞ dolları avansın 28.275,00 ABŞ dolları xidmətin dəyərinə əvəz edilmiş və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli akt üzrə bir-birlərinə qarşı heç bir tələbləri yoxdur. Beləliklə müəyyən edilir ki, “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti arasında 500.000,00 ABŞ dolları dəyərində xx.xx.2020-ci il tarixli, 2020-44 saylı müqavilə imzalanmış, bu müqavilə üzrə “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 27072021/2021 saylı invoys üzrə filial "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2021-ci il tarixdə 66.000,00 ABŞ dolları məbləğində pul göndərmiş və həmin vəsait hesabına alınan 37.138,67 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmamış və ya bu vəsait geri qaytarılmamışdır. Eyni zamanda məhkəmə barəsində icraat aparılan hüquqi şəxs “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin gətirdiyi dəlillə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin predmeti ondan ibarətdir ki, Satıcı bu Müqavilənin şərtləri ilə məhsulları, hər növ üzvi-təbii-ekoloji qida məhsulları almaq, satmaq, idxal etmək və ixrac etmək, onların istifadə materiallarını tədarük etməyi, Alıcı isə onları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür, tədarük olunan malın adı (çeşidi), miqdarı (həcmi), nişan və modeli, qiyməti (dəyəri) Satıcı tərəfindən hər bir mal partiyası üçün Alıcının ünvanına göndərdiyi hesabfakturalarda göstərilir. Bu müqavilədə hər-hansı başqa xidmətin göstərilməsi nəzərdə tutulmayıb. Bundan əlavə, “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED” şirkəti tərəfidən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 27072021/2021 saylı invoysda “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialına ət və quş məhsulları qeyd olunaraq onların ümumi dəyəri 85.000,03 ABŞ dolları göstərilmiş, alıcı tərəf olan filial da məhz bu mallara görə ödənişi həyata keçirmiş, ödəniş sənədində digər hər-hansı xidmətlə bağlı da pulun köçürülməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “GELECEK ORQANİK GİDA SANAYİ TİCARET LİMİTED ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 37.138,67 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi – 7.427 (yeddi min dörd yüz iyirmi yeddi) ABŞ dolları 70 (yetmiş) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar