Məhkəmə qərarları › İş №3(006)-372/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-372/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-372/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, Kavanagh Davidin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kavanagh David, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində DƏMX-nin Bakı şəhər İdarəsi MN1291324 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərara görə guya “X6, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə mən, David Kavanagha AR İXM-nın 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, X6, X9 və X3 Neptun platformasında göstərdiyi fəaliyyət sahəsi yığılmış və ya təmin olunmuş neft və ya qaz sahəsindəki avadanlıqlarında əl alətləri və elektrikli əl alətlərinin istifadəsi şirkətin göstərdiyi nə əsas, nə də ki digər fəaliyyət sahəsi istiqamətlərinə aid deyildir. "xxxx" MMC metaldan tikinti konstruksiyaları və onların hissələrinin istehsalı, metalın döyülməsi, preslənməsi, sair mühəndis avadanlıqlarının quraşdırılması fəaliyyət növləri ilə məşğul olur. "xxxx" MMC metaldan tikinti konstruksiyaları və onların hissələrinin istehsalı, metalın döyülməsi, preslənməsi, sair mühəndis avadanlıqlarının quraşdırılması fəaliyyət növləri ilə məşğul olur. "xxxx" MMC Ərazidən sonrakı ixrac prosesində əvvəl AR-da daxili emal rejimində “Neptun” qazma gəmisində təmir və texniki xidmət işləri ilə əlaqədar xidmətlərin göstərilməsi” haqqında “S.O.V. X16 Company 1 limited” ilə UWİLD yoxlamaları üçün dəmirlərdə kraskaların təmizlənməsi və digər işləri Salman və digərlərinə və yoxlamadan keçirilməsi isə bu işlərin görülməsində müvafiq icazə və lisenziyaları olan ORCA şirkətinə həvalə edilmişdir. "xxxx" MMC KF-LE-CSC-015-A0-SOV saylı müqaviləsinin 2 nömrəli Əlavəsində göstərilmiş BOP qaldıncılannda yoxlama işinə ORCA ilə birlikdə icra etməyi öz öhdəsinə götürmüşdür. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülkü hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə icazə verilmir. "xxxx" MMC-nin təqdim etdiyi Nizamnamədə görünür ki, Cəmiyyət metaldan tikinti konstruksiyaları və onların hissələrinin istehsalı, metalın döyülməsi, preslənməsi, sair mühəndis avadanlıqlarının quraşdırılması fəaliyyət növləri ilə məşğul ola bilər. "xxxx" MMC-nin şəxsi məlumatlarında görünür ki, şirkətin əsas fəaliyyəti 2511002- Bina və Qurğu və avadanlıqlar üçün metaldan karkasların istehsalıdır. Buna baxmayaraq, DƏMX X6, X9 və X3 fərdi sahibkar olaraq imzaladığı xidmət müqaviləsi ilə "yığılmış və ya təmir olunmuş neft və ya qaz sahəsindəki avadanlıqlarında əl alətləri və elektrikli əl alətlərinin istifadəsi” bağlı göstərdiyi xidmətləri şirkətin əsas fəaliyyət sahəsinə aid edir. Halbuki həmin şəxslər heç bir zaman bizim fabrikdə heç bir xidmət göstərməmiş, sadəcə digər subpodratçı şirkət tərəfində gəmidəki metalların yoxlamasının aparılması ilə bağlı zərurət yarandıqda neft və ya qaz sahəsindəki avadanlıqlarında əl alətləri və elektrikli əl alətləri ilə dəmirlərin üstündəki kraskalann təmizlənməsi və ya gəminin içində hər hansı avadanlıqların açılması ilə bağlı əl alətləri vasitəsi ilə xidmət göstərmişlər. Bu xidmətlər isə gəmidə UWİLD yoxlamaları aparılması üçün nəzərdə tutulmuşdur. Qeyd edilmiş xidmətlə bərabər olaraq, onların göstərdiyi xidmətlər həm elektrikli, həm də əl alətlərindən və digər avadanlıqlardan istifadə edərək boruların yük maşınına yüklənməsi və boşaldılması, buruq işçiləri və digər neft buruğu işçilərinin ehtiyacı olan materiallar və avadanlıqlarla təchiz edilməsi üçün köməklik göstərmək, həmçinin yüklərin daşınmasında kran operatorlarına köməklik göstərməkdən ibarət idi. Belə ki, adı çəkilən fərdi sahibkarların əsas işi isə yüklərin daşınmasında kran operatorlarında kömək etməkdən ibarət İdi. Göründüyü kimi adı çəkilən fərdi sahibkarların göstərdiyi xidmətlərin heç biri şirkətin əsas fəaliyyət sahəsinə aid deyildir. Bununla bağlı DƏMX-yə mütəxəssis təyin edilib rəy almasına müraciət edilsə də imtina etmişlər. Belə ki, DƏMX qərarda yanlış olaraq Şirkətin əsas fəaliyyətini 09101 Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi kimi qiymətləndirmişdir. Habuki Şirkətin əsas fəaliyyəti nə Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsidir, nə də ki Salman Camaləddin oğlu, X9 və X1 və təbii qaz hasilatı sahəsində xidmətlər göstərmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Dövlət Təsnifatı AZT029-2008 nömrəli “İqtisadi fəaliyyət növləri təsnifatın”-da 09101 NEFT VƏ TƏBİİ QAZ HASİLATİ SAHƏSİNDƏ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ alt sinifinə daxildir: - muzd və ya müqavilə əsasında yerinə yetirilən, neft və qaz hasilatı ilə əlaqədar xidmətlər, neft və qaz quyularının borularının sementlənməsi, quyuların bağlanması və müvəqqəti dayandırılması və s; Müqavilənin özünə diqqət edilsə görünər ki, “S.O.V. X17 1 Limited” ilə bağlanmış müqavilənin özündə belə muzd və ya müqavilə əsasında yerinə yetirilən, neft və qaz hasilatı ilə əlaqədar xidmətlər, neft və qaz quyularının borularının sementlənməsi, quyuların bağlanması və müvəqqəti dayandırılması ilə bağlı xidmətlərin icra edilməsi ilə bağlı hər hansı bir razılaşma yoxdur. Nə "xxxx" MMC, nə X6, nə X9 , nə də ki X1 və ya qaz hasilatı ilə əlaqədar və ya qaz quyularının borularının sementlənməsi, quyuların bağlanması və ya müvəqqəti dayandırılması ilə bağlı heç bir xidmət indiyədək göstərməmişdir. Ümumiyyətlə, DƏMX-nın X6, X9 , nə də ki X3 göstərdiyi xidmətlərin şirkətin əsas fəaliyyət sahəsinə uyğun olmasını mütəxəssis rəyi olmadan müəyyən etməsi qanunsuzdur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur. Həmçinin onu da qeyd edim ki, DƏMX tərəfindən barəmizdə AR İXM-nın 192.1 -ci maddəsi ilə inzibati qaydada tərtib edilmiş protokol bizim iştirakımız olmadan tərtib edilmişdir. Belə ki, Protokolun tərtib olunması ilə bağlı ümumiyyətlə məlumatım olmamışdır. Protokol tərəfimdən imzalanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir taktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X6, X20 oghlu və X7 "xxxx" MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında da "xxxx" MMC hüquqi şəxs qismində. "xxxx" MMC-nin direktoru isə vəzifəli şəxs qismində inzibati inzibati tənbeh edilmişdir. Halbuki, bu halın baş verməsi AR İXM-in Ədalətlilik prinsipini pozmuşdur. Belə ki, AR İXM-in 9.1-ci maddəsinə əsasən Bir inzibati xətaya görə hec kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi Surxayev- Salman Camaləddin oğlu, X9 və X7 "xxxx" MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı ümumiyyətlə aşkar edilməmişdir. Belə ki, X6, X9 və X7 fərdi sahibkar olaraq VÖEN əsasında şirkətlə podrat müqaviləsi bağlayaraq Şirkətimizə xidmət göstərmişlər. Buradan aydın görünür ki, Tərəflər arasındakı münasibətlər qeyri-rəsmi deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən podrat müqavilə ilə rəsmiləşdiyi üçün mövcud vəziyyət AR İXM-nm 192.1- ci maddəsinin predmetinə uyğun deyildir və bu səbəbdən də həmin maddə tətbiq edilə bilməz. Belə ki, "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 (VÖEN əsasında) , X9 (VÖEN əsasında ) və X7 (VÖEN əsasında) aralarındakı müqavilə podrat müqaviləsi və əldə etdikləri gəlirlə bağlı özləri vergi ödəyiciləri olmuşdurlar. Göründüyü kimi X6, X9 (və X7 ilə “Khazar Fabrication" MMC-yə VÖEN ilə podrat müqaviləsi bağlayaraq xidmət göstərdiyi AR Vergilər Məcəlləsinin 150.1.7-ci maddəsinin predmetinə uyğun belə deyildir. Yuxarıda qeyd olunananlardan əlavə, məlumat üçün bildirmək istərdik ki, "xxxx" MMC tərəfindən “Ərazidən sonrakı ixrac prosesindən əvvəl Azərbaycan Respublikasında daxili emal rejimində “Neptun” qazma gəmisində təmir və texniki xidmət işləri ilə əlaqədar xidmətlərin göstərilməsi” haqqında “S.O.V. X16 Company 1 Limited” ilə KF-LE-CSC-015-A0-SOV saylı Müqavilə imzalanmışdır. Həmin xidmətlərin icrası ilə bağlı “roastabout” işlərinin görülməsi şirkətimizin fəaliyyət istiqaməti olmadığı üçün Subpodtraçılarm cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, həmin müqavilənin 2 nömrəli Əlavəsində - UWİLD yoxlamaları üçün tələb olunan materialların qazma gəmiyə daşınması işləri ilə bağlı, həmçinin Xidmətlərin Əhatə dairəsində UWİLD yoxlamaları zamanı hesab edilə biləcək digər xidmətlərin: “Stand borularının əsaslı təmiri” ilə bağlı brounun dayanıqhlğının yoxlanılması üçün i şirkətimizin birbaşa həyata keçirdiyi xidmətlər sahəsində olmadığı üçün fərdi sahibkar olaraq xidmət göstərən X6, X9 və X7 VÖEN- lərini təqdim edərək həmin işlərin göstərilməsi ilə bağlı podrat müqaviləsi bağlayaraq icra etməyi etməyi öhdələrinə götürmüşlər. Belə ki, UWİLD yoxlamaları zamanı hesab edilə biləcək digər xidmətlərin: “Stand borularının əsaslı təmiri”ilə bağlı həmin boruların əl alətləri vasitəsi ilə palçıq və pasdan təmizlənməsi işlərini cə digər işləri "görməyi öhdələrinə götürmüşlər. Lakin sonradan X2 diqqətsizliyi nəticəsində işlətdiyi əl aləti əlində büdrəyərək ayağım cızmış və bundan sonra xidmət göstərməyi bir tərəfli qaydada dayandıraraq ona kompensasiya ödənilməsini və əgər heç bir kompensasiya ödənilməzsə aidiyyəti orqanlara şikayət edəcəyi ilə bağlı “Whatssap” proqramı vasitəsi ilə hədə dolu səsləri şirkətimizin İnsan resusları üzrə meneceri və yaxın müddətlərdə ana olacaq Xalide Heyderovaya bildirmişdir, şirkətimizin anti-korrupsiya siyasətinə və etik davranış qaydalarına uyğun olaraq belə şəxslərə pul ödənilməsi qeyrimümkündür. Bundan sonra İnsan Resusrlan üzrə menecer ona şirkətin və onun hüquq və vəzifələri izah edərək subpodratçı şəxsə öz diqqətsizliyi nəticəsində ayağının cızılması ilə bağlı 2000 AZN pul məbləğinin verilməsinin qeyri-mümkün olduğunu və yalnız müalicənin şirkət tərəfindən qarşılanacağını bildirmişdir. Bundan sonra Salmanın ayağının müalicəsi ilə bağlı çəkiləcək tibbi xərclər ona ödənilmişdir. Buna baxmayraq Salman və digərləri şirkətə xidmət göstərməyi bir tərəfli qaydada dayandıraraq "xxxx" MMC-ni DƏMX-da şikayət etmişdir. Göründüyü kimi, onun tərəfindən İXM-in 192.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə dair hər hansı əsas mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş Kavanagh David məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmuşdur. Məhkəmə iclasları şikayət vermiş şəxsin iştirakının təmin edilməsi məqsədilə iki dəfə təxirə salınmışdır. Məhkəmə, işə şikayət vermiş Kavanagh Davidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X19 izahatında göstərdi ki, o, qarşı tərəfin şikayətini dinlədi, təmsil etdiyi müfəttişlik tərəfindən törədilmiş pozuntulara görə Kavanagh Davidin təmsil etdiyi "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə həmçinin rəhbər kimi özünün barəsində eyni maddə ilə protokol tərtib olunmuşdur. "xxxx" MMC barəsində tərtib olunmuş protokola Nəsimi Rayon Məhkəməsində baxılarkən MMC-nin xeyrinə qərar qəbul olunmuş, həmin qərardan müfəttişlik tərəfindən apellyasiya şikayəti verilmiş, həmin şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən Nəsimi Rayon Məhkəməsinin həmin iş üzrə çıxardığı 13 noyabr 2023-cü il tarixli, 3(006)-4778/2023 saylı qərarı ləgv edilmiş, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 manat cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Həmin qərarın surətini məhkəməyə təqdim edir, verilmiş şikayəti əsassız hesab edərək təmin olunmamasını xahiş edir. Məhkəmə, inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 19 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, X6, X9, X8 "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X18 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən verilmiş şəxsi məlumatlardan görünür ki, "xxxx" MMC-nin rəhbəri Kavanagh Daviddir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2553/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-4778/2023 saylı qərarının ləğv edilməsi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 20.000 (iyirmi min) manat cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs Kavanagh Davida istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Kavanagh David vəzifəli şəxs kimi X6, X9 və X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin "xxxx" MMC tərəfindən törədilməsinə dair Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2553/2023 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə aydın olur ki, X6, X9 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə görə iki subyekt, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, X6, X9 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət inzibati xəta vəzifəli şəxs kimi Kavanagh Davidin inzibati xətaya yol verməmək, onun qarşısının almaq, tabeliyindəki işçilərin fəaliyyətinə nəzarət etmək kimi öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində törədilmişdir ki, bu da Kavanagh Davidin vəzifəli şəxs kimi təqsirliliyinə dəlalət edir. Məhkəmə, həmçinin indiki vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-2553/2023 saylı qərarı ilə X6, X9 və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC-nin təqsirinin müəyyən edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(103)-2553/2023 saylı qərarının qanuni qüvvəsini almasını və həmin qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Kavanagh Davidin şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kavanagh Davidin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar