Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3723/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1, Şikayətçinin müdafiəçisi Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, X3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X5 şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən onun tərəfindən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 327.1-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmişdir. Qeyd edilən qərarla razı deyil. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Avtomobilinə quraşdırılmış sport yaylar standartlara və normativlərə uyğun keyfiyyət standartına, kodlaşmaya uyğun olaraq avtomobilinin modelinə uyğun hazırlanmışdır. Yəni avtomobilində olan sport yaylara hər hansı müdaxilə edilməmiş, kustar üsulla kəsilməmişdir. Əlavə olaraq qeyd edilən yayların lisenziya əsasında normativlərə uyğun olaraq zavod üsulu ilə hazırlanıb hazırlanmaması DYP əməkdaşının vizual baxışı ilə deyil, mütəxəssis tərəfindən müəyyən edilir. Belə ki, DYP əməkdaşı avtomobilinə quraşdırılan sport yayların müvafiq lisenziyasını, serifikalarını tələb etmək əvəzinə vizual olaraq, ehtimalla hərəkət etmiş və onun avtomobilinə əlavə avadanlığın quraşdırıldığı fikrinə gəlmişdir ki, bu da birbaşa qanunun tələbinə ziddir. DYP əməkdaşı ehtimal və mülahizə ilə deyil, faktlara, sübutlara əsaslanmalıdır. Bu azmış kimi, DYP əməkdaşı öz ehtimallarına dayanaraq, onu nəqliyyat vasitəsinin idarə etməkdən uzaqlaşdırmış və avtomobili cərimə meydançasına yerləşdirmişdir. İXM-in 342.2.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qanunla qadağandır. Lakin idarə etdiyi avtomobilə dəst şəkildə quraşdırılmış sport tipli yaylar avtomobilin ağırlıq mərkəzinin pozulmasına səbəb olmur. Belə ki, idarə etdiyi avtomobilə quraşdırlmış EDDYSTAR yayları standartlara uyğun -40 mm qədər endirilir. Yaylar həm zavod istehsalı olan standart amortizatorlarla, həm də fərqli fərqli amortizator istehsalçılarının məhsulları ilə uyğun şəkildə işləyə bilir. Əlavə olaraq bildirir ki, 50 mm və daha çox eniş zamanı sport tipli yayların sport amortizatorları ilə quraşdırlması mütləqdir, əks halda belə hal normativ- texniki qaydaların pozulması hesab olunur. Lakin göründüyü kimi, bu qayda pozuntusuna onun tərəfindən qətiyyən yol verilməmişdir. Göründüyü kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş və barəsində qəbul edilən qərar qanunsuz və əsassızdır. Məhz bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq onun barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardan şikayətçinin müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 3(006)-3723/2025 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin müdafiəçisi Vəkil şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin etibarnamə əsasında nümayəndəsi X4 şikayətin əsassız olduğunu qeyd edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş şikayətçinin apellyasiya instansiyasına təqdim etdiyi “Akay Auto” avtoservisi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli rəydən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön və arxa amortizator yayları sport yaylar ilə əvəzlənmişdir. Həmin rəyə əsasən avtomobilin tam kütləsi və ağırlıq mərkəzi oxlar üzrə bərabər paylanıb, dönmə bucaqları tənzimlənmişdir. İş materiallarına əlavə edilmiş inzibati orqanın məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 05 sentyabr 2025-ci il tarixli rəydən görünür ki, “Chevrolet Malibu” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş texniki baxış zamanı nəqliyyat vasitəsinin arxa yaylarında dəyişiklik aparıldığı müəyyən edilmişdir. Avtomobilin üzərindəki yaylar sport markalı “Chevrolet” modelinə aiddir. Belə ki, avtomobilin arxa prujinləri (yayları) zavod istehsalçısının texniki göstəricilərinə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.2.2-ci maddələrinin tələblərinin pozulması halı səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.2.2-ci maddələri ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı * * * * * * * nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. X5 şikayət ilə məhkəməyə müraciət edərək onun İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan ona məxsus “Chevrolet Malibu” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomaşına quraşdırılmış sport yayların standartlara və normativlərə uyğun keyfiyyət standartına, kodlaşmaya uyğun olaraq avtomobilinin modelinə uyğun hazırlandığını, sport yaylara hər hansı müdaxilə edilmədiyini, kustar üsulla kəsilmədiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərkən X3 idarə etdiyi “Chevrolet Malibu” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqdliyyət vasitəsində sürücü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilib-dəyişdirilməsini müəyyən etmək məqsədi ilə bütün halların araşdırılmadığı, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh qərarı qəbul edilərkən xüsusi biliyə malik olan mütəxəssisin rəyin alınıb-alınmamasının dəqiqləşdirilmədiyi qeyd edilmişdir. Lakin sonuncu məhkəmə iclası zamanı inzibati orqan tərəfindən məhkəməyə rəy təqdim edilmiş və həmin rəydə “Chevrolet Malibu” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş texniki baxış zamanı nəqliyyat vasitəsinin arxa yaylarında dəyişiklik aparıldığı müəyyən edilmiş, avtomobilin üzərindəki yayların sport markalı “Chevrolet” modelinə aid olduğu, avtomobilin arxa prujinlərinin (yayları) zavod istehsalçısının texniki göstəricilərinə uyğun gəlmədiyi göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Chevrolet Malibu” minik markalı avtomobil öz təsnifatına görə idman avtomobilləri kateqoriyasına aid deyildir. Bu halda ona sport yayların quraşdırılması qanunla müəyyən edilmiş normativ tələblərin pozulması deməkdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3723/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3723/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver