Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3724/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi protokolu tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxs: nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 101, mənzil 14, qanuni təmsilçisi: X3, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 2023-cü ilin aylıq üzrə 12-ticarət formalı “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 2023-cü ilin iyul ayı üzrə rəsmi statistik hesabatı kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları dövlət statistika orqanlarına gecikmə ilə təqdim etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs MMC 2023-cü ilin iyul ayı üzrə 12-ticarət formalı “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” rəsmi statistik hesabatı avqust ayının 5-ci iş günü, saat 13:00-dək təqdim etməli olduğu halda, buna əməl etməmiş, həmin hesabatı 01 gün gecikmə ilə avqust ayının 08-də təqdim etmişdir. Şirkət bundan əvvəl bir dəfə belə hala yol versə də, hesabatları vaxtında verir. Məsələni məhkəmənin mülahizəsinə təqdim edir. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, şirkətdə baş mühasib vəzifəsində işləyir və dövlət statistika orqanlarına statistik hesabat formalarını özü həmişə vaxtında təqdim edir. Lakin, 25 iyul 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək əmək məzuniyyətində olduğu üçün 12-ticarət formalı “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” rəsmi statistik hesabatı xx.xx.2023-cü il, saat 13:00-dək təqdim edə bilməmişdir. Növbəti gün işə çıxan kimi Bakı şəhər Statistika İdarəsində sektor müdiri olan Səbinə adlı xanımla əlaqə saxlayıb bu hesabatı elektron poçt vasitəsilə göndərsə də, ona bildirilmişdir ki, əgər MMC barəsində 300 manat cərimə nəzərdə tutulan protokolun tərtib olunmasını istəmirsə, o zaman 120 manata 2 ədəd jurnal alınmalıdır. O da bunu rəhbərliyinə söyləsə də, şirkətin müdiri bundan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2023-cü ilin aylıq üzrə 12-ticarət formalı “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 2023-cü ilin iyul ayı üzrə rəsmi statistik hesabatı kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları dövlət statistika orqanlarına 01 gün gecikmə ilə avqust ayının 08-də təqdim etmişdir; • Şəxs MMC üzrə 24 iyul 2023-cü il tarixli, 48M saylı əmrdən görünür ki, MMC-nin mühasibi Nümayəndə 25 iyul 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək 10 təqvim günü müddətində istifadə olunmamış əmək məzuniyyəti verilmiş, onun işə çıxma tarixi 08 avqust 2023-cü il hesab edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Şəxs MMC 2023-cü ilin aylıq üzrə 12ticarət formalı “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 2023-cü ilin iyul ayı üzrə rəsmi statistik hesabatı kimi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları şirkətin mühasibinin məzuniyyətdə olması səbəbindən dövlət statistika orqanlarına avqust ayının 08-də 01 gün gecikmə ilə təqdim etmişdir. Belə olan halda isə xətanın qərəzli olaraq törədilməsi müəyyən edilmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2019-cu il tarixli, 36/13 saylı qərarı ilə təsdiq edilmiş “Malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında” 12-ticarət №-li aylıq rəsmi statistika hesabatı formasında (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə **********3613 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat əsas fəaliyyəti ticarət, avtonəqliyyat vasitələrinə texniki qulluq göstərilməsi və onların təmiri olan hüquqi şəxslər (onların nümayəndəlik və filialları) tərəfindən elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20-dək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3724/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3724/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver