Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3727/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Bərdə rayonu, Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olan və Bərdə rayonu, Mustafa Ağalı kəndində yaşayan Şəxs oğlu barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 29 oktyabr 2021-ci il tarixdə saat 21 radələrinda idarə etdiyi “KAMAZ 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Nəsimi rayonu, 20 Yanvar dairəsindən Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman tunelin içində tormoz partlamış və onun idarə etdiyi avtomobil ilk öncə X1 idarə etdiyi **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa, daha sonra isə yolda olan 3 avtomobil, yəni X3 idarə etdiyi **-CN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobillə, X4 idarə etdiyi **-NF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobil ilə və sonda isə X2 idarə etdiyi “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bununla da, hadisə zamanı Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 29 oktyabr 2021-ci il tarixdə saat 21 radələrinda idarə etdiyi “KAMAZ 53212” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə sərnişin Zərərçəkmiş şəxs ilə birlikdə Nəsimi rayonu, 20 Yanvar dairəsindən Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman tunelin içində əyləc partlamış və onun idarə etdiyi avtomobil ilk öncə X1 idarə etdiyi **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa, daha sonra isə yolda olan 3 avtomobil, yəni X3 idarə etdiyi **-CN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobillə, X4 idarə etdiyi **-NF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobil ilə və sonda isə X2 idarə etdiyi “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə onun avtomobilində olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Daha sonra Zərərçəkmiş şəxs hadisə yerindən digər şəxsin köməyi ilə xəstəxanaya getmişdir. Zərərçəkən şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını və hadisənin onun təqsirindən baş vermədiyini bildirərək məhkəmədən barəsində cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxsnın iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən 1033 saylı, 16.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ qaş nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən, sol baldırın, sol ayaq pəncəsinin sıyrıqları və sol baldırın qançırı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən və tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 29.10.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. P.G.Həsənovanın bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mirdamət Qədirli tərəfindən qəbul edilmiş 18 noyabr 2021ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-833 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X5 tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3727/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3727/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver