Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3730/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 iştirakı ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Xətai r-nu, Gen.Şıxlinski küçəsi, ev 38, mənzil 87-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 24.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 26.10.2021-ci il tarixdə, saat 15:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart” adlı marketin qarşısında avtomobili arxaya verən vaxtı piyada hərəkət edən X3 vuraraq ehtiyatsızlıqdan ona yüngül dərəcəli bədən xəsarəti yetirərək yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17.11.2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Dövlət X14 nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmişlər. Eyni zamanda barəsində icraat aparılan şəxs prosesdən əvvəl məhkəməyə məlumat verərək bildirmişdir ki, aeroportda işi olduğu üçün məhkəməyə gələ bilmir, işdə olan sənədlərə əsasən qərar qəbul etdilməsini xahiş edir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26.10.2021-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bolmart” adlı marketin qarşısında baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti yaş, yol örtüyünün eni 10 metr, hərəkət zolağının 1 işlək hissəsinin eni 8 metrdir. İşlək hissədə bir istiqamətdə hərəkət zolağı var. Həmin sahədə hərəkətin nizamlanma üsulu nizamlanmır, 3.27, 2.4, 4.1.4, 1.14.1 yol nişanları mövcuddur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 Nəsimi rayon şöbəsinin 17.11.2021-ci il tarixli, 1052 saylı rəyinə əsasən 2001-ci il təvəllüdlü X4 qoyulmuş “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” kimi xəsarətlər küt yaranma mexanizminə malikdir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomşınla vurulması nəticəsində əmələ gələ bilərdilər; - 13.07.2018-ci il tarixli, AD seriyalı, 092033 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - AC 611042 saylı, 17.11.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Camry” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında 16.08.2024-cü ilədək Şəxs verilmişdir; - 29.10.2021-ci il saylı teleqrama əsasən X2 Şəxs qarşı şikayət və tələbi yoxdur; - “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Şəxs yol hərəkəti qaydalarının pozulmasına görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilməsi müəyyən edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə görə nəqliyyat vasitəsinin geriyəhərəkətinəoşərtləicazəverilir ki, bu manevr təhlükəsiz olsun vəhərəkətin digər iştirakçılarına maneəyaratmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları, o cümlədən onun əvvəllər də yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilməsini nəzərər alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3730/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3730/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver