Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3732/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayet vermiş şəxs X2, Qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27846378 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27846378 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək bildirmişdir ki, 09 may 2025-ci il tarixdə, saat 16:19 radələrində Səbail rayonu, ünvan 1 ünvanında yerləşən “AF Biznes House” (iş mərkəzi) binasının qarşısında ona məxsus **-BG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət etmişdir. Həmin ərazidə pullu parklama yeri olmadığından və küçənin sonunadək dolu olması səbəbilə avtomobili qısa müddətə dayandıraraq sərnişini düşürmək məcburiyyətində qalmışdır. Sərnişin biznes mərkəzinin 3-cü mərtəbəsində yerləşən X10 məxsus Call Centedə məsul vəzifədə işləyir. Sərnişin düşərkən əlində olan telefon və işə daxil olmaq üçün güvənlik kartı avtomobilin içində sürətlər qutusu və oturacaq arasında yerləşən boşluğa düşmüşdür. Bu səbəbdən əşyaların götürülməsi üçün əlavə 1-2 dəqiqə vaxt itkisi olmuşdur. Ümumilikdə avtomobilin dayanma müddəti təqribən 2 dəqiqə 15 saniyə olmuşdur. Qeyd edir ki, avtomobili tərk etməmiş, qapısını açmamış və dərhal ərazini tərk etmişdir. Şəkildə qapının açıq olması qeyd edilsə də, bu sərnişin tərəfin qapısıdır. Lakin növbəti gün ona SMS radar sistemi vasitəsilə EQ 27846378 saylı protokol əsasında 80 (səksən) manat məbləğində və 2 bal həcmində cərimə tətbiq olunduğu barədə bildiriş göndərilmişdir. 15 May 2025 tarixdə Bakı Şəhər X11 İdarəsinə online müraciət etsə də, 15 iş günü müddətində hec bir cavab ala bilməmişdir. Qeyd edir ki, hərəkət etdiyi yol 3 zolaqlı bir tərəfli yoldur, digər avtomobillərin hərəkətinə maneə yaradılmamışdır. Ərazidə dayanma-durmanı qadağan edən qadağan edən heç bir yol nişanı quraşdırılmamışdır. Avtomobilin məcburi şəkildə qısa müddətə saxlanması digər yol hərəkəti iştirakçılarına heç bir maneə yaratmamışdır. Yol birtərəfli və üç zolaqlıdır. Ərazidə 10 mərtəbəli biznes mərkəzinin olmasına baxmayaraq, sərnişin düşürmək üçün xüsusi dayanacaq, zolaq və ya sahə yaradılmamışdır. Yolun sağ hissəsi tamamilə "Azparking" dayanacagıdır və tamamilə dolu idi, alternativ dayanacaq imkanı da mövcud olmamışdır. Sərnişin hamilə və ya əlil olması nəzərə alınmadan sərnişinin normativlə düşüb minməsini tələb etmək heç bir sivil ölkədə yoxdur, sərnişinin düşməsi üçün konkret vaxt məhdudiyyəti və ya normativ, qanunvericilikdə müəyyən olunmayıb. Ən əsası, ölkədə minimum əmək haqqının 400 manat olduğu bir halda inzibati xətaya görə 80 manat məbləğində cərimə vətəndaş üçün ciddi maliyyə yükünə və yaşayış minimumunun pozulmasına səbəb olur. Qanunvericiliyin tələblərinə əsasən, inzibati xəta haqqında protokol yalnız faktiki qanun pozuntusu olduğu halda tətbiq oluna bilər. Mövcud vəziyyətdə isə mənim hərəkətlərim yol hərəkəti qaydalarının pozulması, deyil zərurətdən irəli gələn məcburi dayanma hesab edilməlidir. Qeyd etdiklərinin nəzərə alınaraq EQ 27846378 saylı inzibati xəta haqqında protokolun və tətbiq olunmuş 80 manat cərimə və ona hesablanmış faizlərin ləğv edilməsinə qərar verilməsini, inzibati xətaya dair iş üzrə icraat dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur və verilmiş şikayəti əsassız hesab edir. Belə ki, X1 Hərəkəti Haqqında Qanunun tələblərini kobud surətdə pozaraq inzibati xəta törətmişdir. X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunidir və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27846378 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxs X4 oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27846378 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3732/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3732/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver