Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3733/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslanıdırılmışdır ki, 26 may 2025-ci il tarixli, EQ 28181384 nömrəli qərara əsasən adında və mülkiyyətində olan ** FT *** dövlət nömrə nişanlı, “Honda” markalı avtomobillin 60 manat və 2 bal cərimə edildiyi barədə ona bildiriş gəlmişdir. Həmin bildirişlə bildirilir kı, avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində, (Qasımov küçəsi ilə kəsişməyə yaxın) 26 may 2025-ci il tarixdə, saat 15:25 radələrində avtomobilin səkidə dayandırılmasına görə Azərbaycan Respublikasının İnzibati Xtalar Məcəlləsinin 346.9-cu maddəsi ilə tənzimlənən inzibati xəta hadisəsi baş vermişdir. Əvvəla hadisənin təfərrüfatı ilə əlaqədar ona göndərilmiş fotolardan aydın görmək olar ki, avtomobil səkidə dayandırılmamış və dayanan avtomobillərlə sırada yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd olunan normasının qeyd hissəsində açıqlamada bildirilir ki, şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4-346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz, yəni bu norma tələbinin pozulmasına görə 2 ba! cərimə nəzərdə tutulmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 barəsində tərtib edilmiş, lakin həmin qərardan şikayət X4 tərəfindən verilmişdir. Göründüyü kimi, X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmək və həmin şikayəti imza etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28181384 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3733/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3733/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver