Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3736/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 14, mənzil 03-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim olunmuş sənədlərə əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “X4” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ünvan 1 ünvanda məhəllə arası eyni əhəmiyyətli yolda təxminən 30 km/saat sürətlə hərəkət edərək yol ayrıcına daxil olmuş və sağdan təxminən 20 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “X6” markalı, **-HN-*** markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə sonuncu yüngül dərəcəli bədən xəsarəti almışdır. Faktla bağlı Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı Saleh Salahzadənin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Dövlət X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan şəxs və Bakı şəhəri Nəsimi Rayon Dövlət X3 nümayəndəsi məhkəməyə gəlməmişlər. Eyni zamanda Şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanması rədd olunması haqqında” xx.xx.2023cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(006)-101/2023 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Şəxs məhkəmənin bu qərarından hazırda apellyasiya şikayəti vermiş, iş üzrə yekun məhkəmə aktı qəbul olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında protokola hazırki mərhələdə baxılması mümkün deyil və bu səbəbdən o, geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3736/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3736/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver