Məhkəmə qərarları › İş №3(006)-3738/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3738/2020

17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3738/2020 17.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasnda qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsi barəmdə inzibati tənbeh haqqında qərar qəbul etmiş, müvafiq protokol tərtib edilmişdir. Sahib olduğu “Aksent” mehmanxanasında göstərilən mərkəzin apardığı yoxlamanın, tərtib edilən protokolu və barəmdə çıxarılan qərarı qanunsuz və əsassızdır. Şikayətin verilməsi ilə bağlı müddəti nəzərə alaraq zəruri sübütlarımı və hüquqi nəticələri məhkəməyə təqdim edəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN0327347 saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ə.B.Teymurovanın nümayəndəsi və vəkili Ə.Ə.Məmmədli şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, “Aksent” mehmanxanası xx xxxx 2020-ci il tarixdən fəaliyyət göstərməmişdir. Prezidentin sərəncamı ilə işçilərə 2 aylıq 190 manat ödəniş edilmiş, daha sonra özləri ödəniş etmişlər. Belə ki, qeyd olunan tarixdən mehmanxana fəaliyyət göstərmir, mehmanxana fəaliyyət göstərdiyi işıq ödənişləri hər ay ***-**** manat aralığnda tutur. Lakin mehmanxana fəaliyyətini dayandırdığından hər ay cəmi 28 manat məbləğində işıq idarəsinə ödəniş olunmuş, həmin işıqlarda həyətdə yandırılmışdır. Həmin halları təsdiq edən işıq çeklərini məhkəməyə təqdim edə bilər. Həmçinin o, bildirmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqları Ə.B.Teymurovaya izah edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və özünü müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıdakılara əsasən şikayətin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinə lazımi qaydada məlumat verilsə də hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ə.B.Teymurovanın barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Ə.B.Teymurova Azərbaycan Respublikasının İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “X6” ASC-nin ödəniş tapşırığından görünür ki, Ə.B.Teymurova tərəfindən “xxxx” ASC-nin hesabına xx xxxxxx 2020-ci il tarixdə 1.238 (bir min iki yüz otuz səkkiz) manat, xx xxxxxx 2020-ci il tarixdə 1.256,40 (bir min iki yüz əlli altı) manat 40 (qırx) qəpik, xx xxxx 2020-ci il tarixdə 234 (iki yüz otuz dörd) manat, xx xxxxxxxx 2020-ci il tarixdə 565 (beş yüz altmış beş) manat 20 (iyirmi) qəpik və xx xxxxxxx 2020-ci il tarixdə 537 (beş yüz otuz yeddi) manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.B.Teymurova “Aksent” mehmanxanasının girişində termometr yoxdur, insanların toplandığı yerdə 2 metr “məsafə saxla” işarəsi yoxdur, qonaq otaqları spirt və maskalarla təmin edilməmiş, təmizlik cədvəli yoxdur, Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 237 nömrəli qərarlnın tələbllərini pozduğu üçün onun barəsində xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsinin Ə.B.Teymurova barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar işlətdiyi mehmanxanın fəaliyyətinin dayandırmasını nəzərə alınmadan eləcə də, birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, Ə.B.Teymurovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında təxirə salınmasına baxmayaraq iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ə.B.Teymurovanın əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar