Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3738/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16613420 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmədə baxılmağa hazırlayarkən müəyyən etdim: X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16613420 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət üzrə qeyd olunmuş inzibati tənbeh vermə haqqında qərar Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarına əsasən ləğv olunduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.6-cı maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanmaması məsələlərini həll edir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, şikayət üzrə qeyd olunmuş inzibati tənbeh vermə haqqında qərar Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarına əsasən ləğv olunduğundan geri qaytarılmalıdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16613420 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3738/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3738/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver