Məhkəmə qərarları › İş №3(006)-3739/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3739/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3739/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 66da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 12:09 radələrində etibarnamə əsasında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətdə olan zaman Azadlıq prospektinin kəsişməsində sola dönüb gözləməli olduğu halda, buna əməl etməyib qarşı istiqamətdən, yəni D.Əliyeva küçəsindən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “MERCEDES-BENZ VİTO MİNİK” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İ.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 20 iyul 2023-cü il tarixdə, saat 12:09 radələrində etibarnamə əsasında idarə etdiyi “TOYOTA PRİUS” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətdə olan zaman Azadlıq prospektinin kəsişməsində sola dönərkən sağı gözləmədiyi üçün qarşı istiqamətdən, yəni D.Əliyeva küçəsindən hərəkətdə olan “MERCEDES-BENZ VİTO MİNİK” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, yolun boşalmasını gözləmiş, bu zaman işıqforun yaşıl işığı yanıb-sönmüşdür. Hadisə yerinə X10 əməkdaşları gəlmiş, onlardan xəsarət alıb-almamalarını soruşmuşlar. Əvvəlcə onlar xəsarətin olmadığını bildirsələr də, sonradan sürücü Kamran xəsarət aldığını demişdir. Buna görə də hadisə yerinə X8 çağırılmış və X5 Mərkəzə aparmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 20 iyul 2023-cü il tarixdə, saat 12:09 radələrində özünə məxsus “MERCEDES-BENZ VİTO MİNİK” markalı, **-ZM-*** avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətdə olan zaman Azadlıq prospektinin kəsişməsində qarşı istiqamətdən, yəni D.Əliyeva küçəsində hərəkətdə olan “TOYOTA PRİUS” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönərkən sağı, yəni onu gözləmədiyi üçün toqquşmuşlar. Hadisə yerinə X10 əməkdaşları yaxınlaşmış, ondan və digər avtomobilin sürücüsündən xəsarətin olub-olmamasını soruşmuşlar. Onun ağrıları olduğu üçün ora X8 çağırılmış və onu X6 aparmışlar. Hadisədən sonra “TOYOTA PRİUS” markalı maşının sürücüsü Şəxs onunla maraqlanmamışdır. Ona 9.500 manat maddi ziyan dəymiş və həmin məbləğin 5.000 manatını sığorta ödəsə də, qalan məbləğ ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X10i şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermişdir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, hərəkət zolaqlarının sayı 05, işlək hisəssinin eni 15 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir, hər iki hissədə yaşayış evləri və ticarət obyektləri vardır; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1037 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin və sağ saidin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinlik halında əzilməsi, sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 29.12.2021-ci il tarixli, BD seriyalı, 022561 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1,B,C1,C” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 07.09.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA PRİUS” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r və bu avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə xx.xx.2029-cu il tarixədək idarə edilməsi üçün Şəxs verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar