Məhkəmə qərarları › İş №3(006)-3742/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3742/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3742/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN:xxxxxxx), ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 2743/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2743/2018 saylı icra sənədinə əsasən 2(006)-2477/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamnəsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, həmçinin 2(006)-3659/2017 saylı, xx.xx.2017-ci il tarixli qətanməsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi icraya yönəldikdən sonra müxtəlif məbləğlərdə ödənişlər etmiş və icra məmurunun çağırışlarından yayınmamışdır. Lakin ölkə ərazisində baş verən pandemiya ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi nəticəsində o, iş tapa bilməmiş və bu səbəbdən ödəniş etməkdə çətinlik çəkmişdir. Buna baxmayaraq, o, icra ödənişlərini yerinə yetirməkdən yayınmır və iş fəaliyyəti bərpa olunduqdan sonra dərhal icra ödənişlərini hissə-hissə həyata keçirəcəkdir. Həmçinin qeyd edir ki, heç vaxt alimentin ödənilməsindən yayınmamış, lakin işsiz olduğundan müəyyən vaxtlarda icra sənədinin icrasını tam olaraq yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2743/2018 saylı icra sənədinə əsasən 2(006)-2477/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamnəsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin 2(006)-3659/2017 saylı, xx.xx.2017-ci il tarixli qətanməsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək icra sənədləri üzürlü səbəb olmadan yerinə yetirilməmişdir. Cavabdehə alimentin ödənilməsi üçün müəyyən vaxt verilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Sonda borcun tam olaraq ona ödənilməsini, Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-815/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydində göstrilənlərə əsasən Nəsimi rayon məhkəməsinin 2(006)-2477/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamnəsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, həmçinin 2(006)-3659/2017 saylı, xx.xx.2017-ci il tarixli qətanməsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018-ci ildə Nəsimi rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam olaraq təmin edilməmişdir. Bununla əlaqədar olaraq, xx xxxxxxxx 2020-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinin qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Lakin Şəxs yenə də icranın təmin edilməsindən imtina etmiş və hal-hazırda müəyyən borc məbləği yaranmışdır. X2 etdiyi müraciət və edilən araşdırmalar nəticəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin aliment ödəməkdən yayınması aşkar edilmiş və onun alimenti ödəməsi üçün tərəflərindən etdikləri cəhdlər nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halhazırda həmin şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 2743/2018 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2743/2018 saylı qətnaməsinə əsasən 2(006)-2477/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamnəsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi, həmçinin 2(006)- 3659/2017 saylı, xx.xx.2017-ci il tarixli qətanməsində göstərilən alimentin tutulma qaydası dəyişdirilmiş və xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində axtarış elan edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar