Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3743/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şıhıri Baş Polis İdarəsinin protokolu tərtib etmiş: X15 İdarəsinin nümayəndəsi X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1960-cı ildə Goranboy rayonu, Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Goranboy rayonu, Safıkürd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş 26.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində sürücülük hüququ olmadan AZ 21061” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı V şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində hərəkətdə olarkən X1 idarə etdiyi “Nissan Tiida” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, X5 idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Kia” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək zərər çəkmiş şəxslərə maddi ziyan yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X6 izahatında göstərdi ki, Şəxs 26 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində “VAZ 21061” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində hərəkətdə olarkən yolun kənarında saxlanılmış X1 idarə etdiyi “Nissan Tiida minik” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı, X3 idarə etdiyi “Kia” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı və İbişov Aqşin Namaz oğlunun idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək zərər çəkmiş şəxslərə maddi ziyan yetirmişdir. Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirdi ki, o, 26.11.2021-ci il tarixdə, saat 20:00-da etibarnamə ilə idarə etdiyi “VAZ 21061” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Tiida” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, o da zərbənin təsirindən “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncu da özündən öndəki “Kia” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: 26.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, 26.11.2021-ci il tarixdə, saat 20:00-da Nəsimi rayonu, A.Salamzadə küçəsində Şəxs idarə etdiyi “VAZ 21061 minik” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Nissan Tiida minik” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə, o da zərbənin təsirindən “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncu da nəticədə “Kia” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir; AB 614070 saylı, 25.04.2011-ci il tarixli Şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, onun etibarlılıq müddəti 25.04.2021-ci il tarixdə bitmişdir; AA 484209 saylı, 06.11.2004-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21061” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r; 13.06.2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, Şəxs X8 tərəfindən “VAZ 21061” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 02.09.2028-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Sürücülük vəsiqəsinin etibarlıq müddəti həmin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilmişdir. Bu maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakıkimidir: 1) 60 yaşınaçatmamışşəxslərüçün - 10 il; 2) 60 vədahaçox yaşıolanşəxslərüçün - onların 70 yaşıtamam olanadək qalan müddət; 3) 70 vədahaçox yaşıolanşəxslərüçün - 2 il; 4) siyahısıAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilən xəstəlikləri olanşəxslərüçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3743/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3743/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver